Coşqun 90 dəqiqə oynadı, komandası böyük hesabla məğlub oldu
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" Türkiyə I Liqasında növbəti oyununa çıxıb. Sport24.az xəbər verir ki, həmyerlimizin komandası XXII tur çərçivəsində səfərdə "Çorum"la qarşılaşıb.
Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi yekunlaşıb. Start heyətində yer alan Coşqun sona qədər meydanda olub.
Qeyd edək ki, ardıcıl üçüncü matçında uduzan "Bandırmaspor" turnir cədvəlində aşağı pilləyə yuvarlanıb. Coşqunun komandası hazırda 34 xalla 5-ci yerdə qərarlaşıb. "Çorum" isə xallarının sayını 35-ə çatdırmaqla 4-cü yerə yüksəlib.

Coşqun Diniyev 90 dəqiqə oynadı, komandası heçheçə etdi
10 Yanvar 2025 23:04
Coşqun Diniyev 90 dəqiqə oynadı, komandası qələbə qazandı
09 Mart 2025 21:50
Coşqun axır ki, 90 dəqiqə oynadı
10 Aprel 2025 15:20
Coşqun Diniyev 90 dəqiqə oynadı, komandası səfərdə heç heçə etdi
09 Aprel 2025 17:14
Coşqun oynadı, komandası uduzdu
01 Fevral 2025 00:00

