Çox adam bu faydasını bilmədən içir: Xərçəngdən qoruyurmuş
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Yapon alimləri qəhvənin tərkibindəki maddələrin bağırsaq xərçəngi hüceyrələrinin böyüməsini necə ləngitdiyini müəyyən ediblər. "Scientific Reports" jurnalında dərc olunan araşdırmaya görə, qəhvə polifenollarından yaranan kofein turşusu şiş hüceyrələrinin bölünməsinə mane olur.
Kioto Universitetinin mütəxəssisləri aşkar ediblər ki, bu maddə xərçəngin inkişafında rol oynayan RPS5 zülalı ilə birləşərək onun fəaliyyətini bloklayır. Nəticədə xərçəng hüceyrələri DNT-ni kopyalaya bilmir və onların artımı dayanır. Bu kəşf gələcəkdə kolorektal xərçəngin profilaktikası və müalicəsi üçün yeni üsulların hazırlanmasına yol aça bilər.
Tədqiqatçılar bu nəticələrin hələlik laboratoriya şəraitində əldə olunduğunu vurğulayırlar. Qəhvə hər kəs üçün faydalı olmaya bilər və tərkibindəki digər maddələrə görə ondan həddindən artıq istifadə etmək məsləhət görülmür. Elm adamları qeyd edirlər ki, içkinin potensial faydaları olsa da, sağlamlıq üçün balans qorunmalıdır.
İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Baxış sayı:160
Bu xəbər 28 Mart 2026 15:50 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları