Icma.az
close
up
RU
Çoxdöllü hamiləlik

Çoxdöllü hamiləlik

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

İnkişafın ən erkən dövrlərində mayalanmış döl yumurtası iki (üç, dörd, beş) eyni hissəyə bölünə bilər. Bunların hər biri müstəqil səkildə böyüməyə başlayır. Belə əkizlərə bir yumurta əkizləri və ya monoziqot əkizlər deyirlər.

Onlar eyni cinsli, eyni qan qruplu, xarici görkəmcə və xasiyyətcə çox oxşar olurlar. Hətta çox vaxt eyni xəstəliklə eyni vaxtda xəstələnirlər.

Əgər yumurtalıqda eyni vaxtda bir neçə yumurta hüceyrəsi yetişərək müxtəlif spermatozoid tərəfindən mayalanarsa, uşaqlıq daxilində bir neçə embrion ola bilər. Belə əkizlər müxtəlif yumurta əkizləridir. Bu əkizlər bir-birindən müxtəlif vaxtlarda doğulmuş bacı-qardaş kimi fərqlənir, çünki genetik quruluşlarına görə onlar tamamilə müxtəlif adamlardır. Onlar həmçinin müxtəlif qan qrupuna, cinsə, xarici görkəmə və xasiyyətə malikdirlər.

Bir yumurta əkizlərinin dünyaya gəlməsi təsadüfi haldır. Statistik məlumatlara görə müxtəlif ölkələrdə onun rast gəlmə ehtimalı təqribən eyni olub hər 1000 doğuşa təqribən 3–4 sayda olması nisbətindədir. Müxtəlif yumurta əkizlərinin doğulma ehtimalı isə, insanın genlərində “proqramlaşdırılır”. Məlumdur ki, insanın qohumlarında əkiz uşaqlar (söhbət ancaq müxtəlif yumurta əkizlərindən gedir!) anadan olmuşsa, həmin ailədə də çoxdöllü hamiləliyin ola bilməsi ehtimalı başqa ailələrə nisbətən bir neçə dəfə artmış olur.

Son illərdə sonsuzluq və digər qadın xəstəliklərinin müalicəsi üçün hormonal preparatlardan geniş istifadə olunur. Bu preparatlar yumurta hüceyrəsinin yetişməsini stimullaşdırır və nəticədə çoxdan gözlənilən hamiləlik 2 və ya 3 əkiz uşağın doğulması ilə nəticələnir.

Müvəffəqiyyətlə inkişaf edən “şüşədə mayalanma” (ekstrakorporal mayalanma) texnologiyası onunla nəticələnir ki, üç və hətta dörd döllü hamiləliklərə indi daha tez-tez rast gəlinir. Çünki uşaqlıq daxilinə eyni vaxtda bir neçə mayalanmış yumurta hüceyrələri daxil edilir ki, sonda bunların heç olmasa biri-ikisi inkişaf etmiş olsun.

Çoxdöllü hamiləliyin gedişatı bir çox xüsusiyyətlərə malikdir. Artıq 3-4 həftəlik hamiləlikdə siz körpənizin bir deyil, iki və ya üç olduğunu USM vasitəsilə aşkar edə bilərsiniz. Bu andan həkimlərin güclü nəzarəti altında olmaq vacibdir. Uşaqlıq ölçüləri təkdöllü hamiləliyə nisbətən 2-3 dəfə böyüyür, bu da döl ətrafı suyun vaxtından əvvəl axmasına və erkən doğuşa səbəb ola bilər. Bu zaman qadının orqanizmi öz ehtiyatını daha sürətlə sərf etmiş olur ki, bu da nəticədə toksikozun əmələ gəlməsinə səbəb olur. Həmçinin bu zaman körpələr də təkdöllü hamiləliyə nisbətən daha darısqal mühitdə inkişaf edir. Bu səbəblər üzündən çoxdöllü hamiləlik dövrü ərzində qadın bir neçə dəfə stasionara yerləşdirilə bilər. Bu zaman qadının və döllərin vəziyyəti daimi nəzarət altında saxlanılır və lazımi müalicələr aparılır. Bəzi hallarda hamilə qadın bir neçə ay ərzində yataq recimində olmaq məcburiyyətində  qala bilər.

Bir qayda olaraq çoxdöllü hamiləlik zamanı doğuş təkdöllü hamiləliyə nisbətən daha tez (hamiləliyin 36-37-ci həftəsində) baş verir. Xoşbəxtlikdən təbiət əkiz körpələri mühafizə edir: doğulan əkizlərin uyğunlaşma qabiliyyəti tək doğulan körpələrdən daha artıq olur.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see506

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see480

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see274

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see258

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see241

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see233

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see231

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see230

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see225

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see208

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see188

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see185

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see183

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see179

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri