Icma.az
close
up
RU
Çoxəsrlik tarixə malik özbək ədəbiyyatı

Çoxəsrlik tarixə malik özbək ədəbiyyatı

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

AZƏRTAC türkdilli xalqların folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan yazılar silsiləsini davam etdirir

Bakı, 17 noyabr, AZƏRTAC

Türk tayfaları arasında özünün tarix və mədəniyyətinin qədimliyinə, zənginliyinə görə seçilən xalqlardan biri də özbəklərdir. Özbək ədəbiyyatı çoxəsrlik bir tarixə malikdir. Özbək ədəbiyyatı tarixən nəinki Orta Asiya məkanında, eyni zamanda Yaxın və Orta Şərqin bir sıra ərazilərində yerləşən xalqların ədəbiyyatına bu və ya digər dərəcədə təsir göstərə bilmişdir. Görkəmli qırğız yazıçısı Çingiz Aytmatov qeyd edir ki, Roma mədəniyyətinin Avropa üçün əhəmiyyəti nə qədərdirsə, özbək mədəniyyətinin də Orta Asiya üçün əhəmiyyəti o qədərdir. Özbək folklor nümunələri öz möhtəşəmliyi ilə seçilir. “Alpamış”, “Yusif və Əhməd”, “Şeybani xan”, “Gündoğmuş”, “Şirin və Şəkər”, “Arzugül”, “Rüstəmxan” və s. dastanlar mövzu, məzmun, ideya və formasına görə mükəmməl yaradıcılıq nümunələri hesab edilir.

Bu fikirlər filologiya elmləri doktoru, professor Elman Quliyevin özbək ədəbiyyatı ilə bağlı yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

“Alpamış” orta əsrlərdə formalaşmış qəhrəmanlıq dastanıdır. Alpamış dastanda qəhrəmanın adıdır. Dastan mənzum formadadır və iki hissədən ibarətdir. Hər hissə beş böyük nəğmə parçasına bölünmüşdür. Dastan mənzum şəkildə olsa da, əsərdə bir sıra nəsr parçaları da vardır. Əsərin konfliktini qəbilə başçıları olan Bayburi ilə Baysarı adlı iki qardaş arasında gedən ziddiyyətlər təşkil edir.

Orta Asiyada Samanilərin, Qaraxanilərin və Qəznəvilərin hakimiyyətləri dövründə ədəbiyyatın inkişafı üçün əlverişli şərait yaranmışdır. Buxara, Səmərqənd, Balasaqun, Kaşqar, Xivə şəhərlərinin siyasi-ədəbi mərkəzə çevrilməsi bu şəhərlərdə elmi-ədəbi mühitin yaranmasına böyük təsir göstərmişdir. XI əsrdən başlayaraq türk dilinin poeziya dilinə çevrilməsi hadisəsi ədəbi dillər sırasında (fars və ərəb) bu dilin özünə yer alması və yazılı ədəbiyyatda türk ədəbi-bədii dil boşluğunun doldurulmasını təmin etdi.

Nəsirəddin Bürhanəddinoğlu XIV əsr özbək ədəbiyyatının tanınmış nümayəndəsidir. Rabğuzi kimi tanınan sənətkar 1311-ci ildə peyğəmbərlərin həyat hekayələri əsasında “Qısasul-ənbiya” adlı əsərini yazmışdır. Əsərdə türk şeiri üçün xarakterik olan dördlüklərin yer alması Rabğuzinin “Qutadqu bilik”dən təsirlənməsi kimi qiymətləndirilə bilər.

Kərdəri Mahmudun “Nəhcül-fəradis”, İslamın “Muinül-mürid”, Xarəzminin “Məhəbbətnamə”, Durbəkin “Yusif və Züleyxa” əsərlərinin türk dilində yazılması XIV əsr özbək ədəbiyyatında türk dilinin aparıcılığını təsdiq edirdi. Ətai, Səkkaki, Lütfi və digər sənətkarların sayəsində XV əsr özbək ədəbiyyatında lirik şeir tərzi yeni mərhələyə qədəm qoydu. Ətai və Səkkakinin simasında özbək ədəbiyyatında qəzəlin, qəsidənin, rübainin, qitənin mükəmməl nümunələri yarandı. Lütfi lirik janrda olduğu kimi epik sahədə də uğurlu nəticələr göstərə bildi. O, “Gül və Novruz” əsəri ilə aşiqanə-qəhrəmanlıq mövzusunda poemanın parlaq nümunəsini yaratmış oldu.

XV əsr özbək ədəbiyyatı üçün ən möhtəşəm göstərici Əlişir Nəvai yaradıcılığıdır. Onun 50 min misralıq türkcə 4 divanı, 10 min misralıq farsca 1 divanı, 25 min 620 beytlik türkcə “Xəmsə”si, müxtəlif həcmli təxminən 20 elmi-fəlsəfi əsəri Əlişir Nəvainin ədəbi şöhrətini təkcə özbək ədəbiyyatında deyil, Şərq ədəbiyyatında da təsdiqləmək üçün kifayət edir. XIV əsrin sonlarında özbək şairi Qütbün N.Gəncəvinin “Xosrov və Şirin” poemasını, XV əsrin əvvəllərində Xarəzminin isə “Sirlər xəzinəsi” poemasını özbək dilinə tərcümə etmələri orta əsrlər Azərbaycan-özbək ədəbi əlaqələrinin mövcudluğundan xəbər verirdi.

XVI əsrdə Cağatay ədəbiyyatı Orta Asiyada Şeybanilər, Hindistan bölgəsində isə Babirlər tərəfindən inkişaf etdirilmişdir. Bu dövrün ən böyük əbədi yadigarı Mühəmməd Salihin “Şeybaninamə” və Mühəmməd Babirin “Baburnamə” əsərləridir. Şeybani xanın türkcə divanı, “Bəh- rül-xuda” adlı dini-əxlaqi mənzuməsi, Ubeydulla xanın “Qeyrətnamə”, “Səbrnamə”, “Şövqnamə” adlı məsnəviləri, Kamran Mirzənin türkcə divanı və s. əsərlər Cağatay ədəbiyyatının ən gözəl nümunələridir. Əbülqazi Bahadır xanın yazdığı “ Şəcəreyi-tərakimə” və “Şəcəreyi-türkü” adlı əsərləri Orta Asiya türkcəsiylə yazılan orijinal nəsr örnəklərindən biridir . “Şəcəreyi-tərakimə”də “Oğuznamə”lər, türk tayfaları, müəyyən tarixi əhvalatlar və s. barədə məlumatlar yer alır. “Şəcəreyi-türkü” isə XV əsrin II yarısından 1663-cü ilə qədər Xarəzmə hakim olmuş özbək xanı Yadigaroğullarının şəcərə tarixini əks etdirir.

XVII-XVIII əsrlərdə özbək ədəbiyyatı Turdı, Məşrəb, Məxmur və Gülxanının simasında yeni mərhələyə qədəm qoydu. Bu dövr poeziyası üçün ictimai-siyasi aktivlik səciyyəvi idi.

Orta Asiyanın Rusiya tərəfindən işğalı ilə bu regionun ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş verdi. İctimai-siyasi həyat yeniləndiyi kimi, ədəbiyyatda da yeni mövzular, yeni ideyalar və yeni ictimai fikirlər yaranmağa başladı. Mühəmməd Muqumi, Übeydulla Zövgi, Firqət, Əvəz Otaroğlu və s. sənətkarların yaradıcılıqlarında tənqidi realizmin dərinləşməsi, demokratik ideyaların əksi müşahidə olunur. Lakin Sovet hakimiyyətinin qələbəsi ilə Özbəkistan daha fərqli yeni ictimai-siyasi və ədəbi-mədəni həyata qədəm qoydu. Müasir özbək ədəbiyyatı dörd böyük mərhələyə bölünür: 1917-1929-cu illər Oktyabr siyasi çevrilişi və vətəndaş müharibəsi dövrləri özbək ədəbiyyatı; 2.1929-1941-ci illər sosialist cəmiyyəti quruculuğu dövrü özbək ədəbiyyatı; 1941-1956-cı illər İkinci Dünya müharibəsi və müharibədən sonrakı quruculuq illəri özbək ədəbiyyatı; 1956-1991-ci illər yeni dövr özbək ədəbiyyatı.

Keçmiş Sovet ölkəsinin digər xalqları kimi özbəklər də 70 il sosialist düşərgəsində yaşamış, özlərinin mədəniyyət və ədəbiyyatını sovet ideologiyasının tələbləri daxilində inkişaf etdirməyə məcbur olublar. Yalnız 1991-ci ilin 31 avqustunda dövlət müstəqilliyi elan olunmuş və sentyabrın 1-i Özbəkistan Respublikasının müstəqillik günü kimi tarixə əbədi həkk olunub. Ona görə də 1992-ci ildən etibarən yeni milli-bədii təfəkkür və əxlaqi görüşlərə, xəlqi, eyni zamanda müstəqillik ideallarına söykənən və bunlara möhkəm tellərlə bağlı olan ən yeni dövr özbək ədəbiyyatı da formalaşmağa başlayıb. H.Niyazi, A.Qədiri, Çolpan, M.Aybək, Abdulla Qəhhar, Ş.Rəşidov, M.Şeyxzadə, Mirtemir, Uyğun, Səid Əhməd, Zülfiyyə, A.Yaqubov, E.Vahidov, A.Arifov, H.Xudayberdiyeva və digər sənətkarlar müasir özbək ədəbiyyatının inkişafında, onun milli və bəşəri ideyalarla zənginləşməsində əhəmiyyətli rol oynayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see369

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see277

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see270

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see266

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see265

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see259

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see256

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see254

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see254

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see250

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see246

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see243

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see241

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see232

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see230

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see221

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see202

İlk 3 yaşa qədər uşaqlara çay vermək qan azlığına səbəb olur Pediatrdan XƏBƏRDARLIQ

04 Sentyabr 2026 17:22see199

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see190

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri