Icma.az
close
up
RU
Çoxuşaqlı ailələr üçün müavinət şou su... Əhalinin yalnız 0,11 faizi bundan istifadə edə bilir

Çoxuşaqlı ailələr üçün müavinət şou su... Əhalinin yalnız 0,11 faizi bundan istifadə edə bilir

Icma.az bildirir, Bizimyol portalına istinadən.

İyulun 1-dən çoxuşaqlı ailələr üçün nəzərdə tutulan müavinətin məbləği 140 manata çatdırılır. Azərbaycan qanunvericiliyinə görə, ən azı 6 uşağın böyüdüyü ailələr çoxuşaqlı ailə hesab olunur. Yəni dəyişiklik belə ailələrin ən azı 840 manat əldə etməsi anlamına gəlir.

Bizimyol.info xəbər verir ki, 2024-cü ilin statistikasına görə, Azərbaycanda 11,5 min uşağa görə uyğun müavinət verilir. Yəni çoxuşaqlı ailə üzvü təyinatına uyğun gələn uşaqların sayı ölkə əhalisinin 0,11 faizini təşkil edir. Rəqəmlər məsələyə yanaşmanın necə yanlış olduğunu göstərir. Məsələn, Rusiyada ölkə əhalisinin 1,7 faizi çoxuşaqlı ailə üzvü kimi müavinət alır. Bizimlə müqayisədə təxminən 15 dəfə böyük göstəricidən söhbət gedir.

Azərbaycanda hansı məntiqlə məhz ən azı 6 uşaqlı ailələr çoxuşaqlı ailə hesab edilir? Necə belə mövqe ortaya qoymaq olar? Qərb ölkələrində çoxuşaqlı ailə statusu üçün ailədə 3 övladın böyüməsi kifayətdir. Belarusda dörduşaqlı ailələrə mənzil verilməsi təcrübəsi var. Bizdə isə hər şey edirlər ki, ailələr aylıq müavinət almasın.

Məsələyə yanaşmanın başqa məntiqi yoxdur. Cəmiyyətin yanaşması rəsmi mövqedən çox fərqlənir. Bizim ölkədə ailədə 3-4 uşağın olması danışıqda çoxuşaqlı təyinini istifadəyə imkan verir. Xüsusilə son illər doğum göstəriciləri aşağı düşüb. Yeni qurulan ailələr uşaq sayına həssas yanaşırlar. Sosial-iqtisadi şərtlər nəzərə alınır. Təhsil perspektivlərinə diqqət yetirilir. Bu şərtlərlə çoxuşaqlı ailələrin sayında yalnız azalma qeydə alınır.

Təkcə çoxuşaqlı ailə çərçivəsi üçün uşaq sayının 6-dən 4-ə endirilməsi müavinət alanların statistikasında 4-5 dəfə artıma gətirib çıxara bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bunu yaxşı başa düşürlər. Başqa ölkələrdə olduğu kimi, müavinət üçün 3 uşaq həddinin müəyyənləşdirilməsi sayın 100 min nəfəri keçməsinə səbəb ola bilər. Ən azı 6 uşağın böyüdüyü ailələrin çoxuşaqlı ailə hesab edilməsi məhz müavinət verməmək məqsədindən xəbər verir. Yəni müavinət verməmək üçün müavinət normativləri təyin olunur.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 02 İyul 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri