Sərxoş polis keçiddən keçən qadını vurub hadisə yerindən qaçdı FOTO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Polis zabiti sərxoş vəziyyətdə ağır yol qəzası törədib. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Moskva vilayətində baş verib. Məlumata görə, vilayətin Sergiev Posad şəhəri, Krasnoy Armiy prospektində Daxili İşlər Nazirliyinin Şəhər İdarəsinin zabiti idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən piyada keçidindən keçən qadını vurub və daha sonra hadisə yerindən qaçıb. Zərərçəkən aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Aparılan axtarış-əməliyyat tədbirləri nəticəsində 26 yaşlı polis zabiti qısa müddətdə saxlanılıb.
Polisdən bildirilib ki, zabit şəxsi avtomobilini işdən kənar idarə edib və o, sükan arxasında sərxoş olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 21 Noyabr 2025 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















