Icma.az
close
up
RU
Crocus dakı terror aktını həyata keçirənlərin necə tanış olduqları öyrənildi

Crocus dakı terror aktını həyata keçirənlərin necə tanış olduqları öyrənildi

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Crocus City Hall"da terror aktı ilə bağlı istintaq yeni şok detalları açıqlamağa davam edir. Məlum olub ki, qanlı hücumun ehtimal olunan icraçıları cinayəti törətməzdən cəmi bir neçə gün əvvəl bir-biri ilə tanış olublar.

Oxu.Az-ın məlumatına görə, bu barədə təqsirləndirilən şəxs Dalercon Mirzoyevin vəkili Oleq Vlasov "RİA Novosti"yə bildirib.

"Onlar hücumdan bir neçə gün əvvəl müxtəlif yerlərdən gələrək Moskvada görüşüblər. Müvəkkilim Novosibirskdən gəlib. Bundan əvvəl onları "Telegram" yazışmaları vasitəsilə ayrı-ayrılıqda koordinasiya ediblər", - deyə müdafiəçi bildirib.

Bu məlumat istintaqın terror aktının diqqətlə planlaşdırıldığı və cinayətkarların hərəkətlərinin koordinasiyası üçün müasir texnologiyalardan istifadə edildiyi versiyasını təsdiqləyir.

Vurğulanıb ki, 33 yaşlı Dalercon Mirzoyev hücumdan bir neçə ay əvvəl Novosibirskdə işləyib və qohumlarının evində yaşayıb. Qohumlarının sözlərinə görə, onlar onun cinayətkar niyyətlərindən şübhələnməyiblər.

Təqsirləndirilən şəxsin dörd uşağı var: bir yaş yarımlıq əkizlər və kiçik məktəb yaşlı iki uşaq.

Bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirmişdi ki, terrorçuların hərəkətləri internet vasitəsilə Əfqanıstan-Pakistan ərazisində yerləşən terror qruplaşmasının üzvləri tərəfindən koordinasiya edilib.

Bir neçə gün əvvəl "Crocus"da terror törədənlərin psixi vəziyyəti ilə də bağlı açıqlama edilib. Bildirilib ki, ekspertizanın nəticələri onların hər hansı psixoloji problemlərinin olmadığına işarə edir. Bundan başqa təqsirləndirilən şəxslərin fiziki vəziyyəti də qənaətbəxş hesab olunub.

Xatırladaq ki, terror aktı 2024-cü il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall" konsert zalında baş verib. "Piknik" qrupunun çıxışından əvvəl zala silahlı şəxslər daxil olaraq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar olub və yanğın başlayıb. Hücum nəticəsində 150 nəfərə yaxın adam həlak olub, 500-dən çoxu xəsarət alıb. İŞİD terror aktının məsuliyyətini öz üzərinə götürüb. Rusiya İstintaq Komitəsi "terror aktı" maddəsi üzrə cinayət işi açıb.

Terrorçular qaçıblar, lakin Ukrayna sərhədində saxlanılıblar. Terror aktını həyata keçirən dörd nəfər 2024-cü il martın 23-də Bryansk vilayətində saxlanılıb. Bundan başqa hücumun təşkilində iştirak edən daha 12 nəfər həbs edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Aprel 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri