Cüdo Federasiyasının rəsmisi: “Rəqabət apardığımız federasiyalar Azərbaycanda deyil”
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Rəqabət apardığımız federasiyalar Azərbaycanda deyil. Bunlar Yaponiya, Fransa, Rusiya, Gürcüstan Cüdo federasiyalarıdır”.
Bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.
O qeyd edib ki, məqsəd Azərbaycan cüdosunu beynəlxalq səviyyədə inkişaf etdirmək və rəqabət qabiliyyətini artırmaqdır:
“Niyə məsələn, Azərbaycan Güləş Federasiyası ilə rəqabət aparmalıyıq? Əksinə, bir-birimizə dəstək olmalı, təcrübə mübadiləsi aparmalıyıq. Həmkarım Pərvin Piriyevin də dediyi kimi, bir neçə dəfə görüşərək, fikir mübadiləsi aparmışıq. Üzgüçülük, Boks, Gimnastika, Kanoe və Avarçəkmə, Voleybol, Ağırlıqqaldırma federasiyaları ilə də məsləhətləşmələrimiz olub”, - deyə o sport.net-ə bildirib.
Rəşad Rəsullunun sözlərinə görə, qadın cüdoçularımızın peşəkarlıq səviyyəsi kişilərdən də aşağıdır:
“Əziyyət çəkmədən böyük yarışlarda nəticə gözləmək mümkün deyil. Bu, hamıya aid deyil, amma hər halda vurğulamalıyam. Peşəkar idman böyük zəhmət tələb edir. Bir gün ərzində proqramda hər biri beş dəqiqədən ibarət 10 sparrinqiniz varsa, üçünü etdikdən sonra “yoruldum, belim ağrıdı” deyə etməyə bilməzsən. O yükü qaldırmaq lazımdır. Əks halda, böyük yarışlarda nəticə verə bilməyəcəksiniz. Yəni, siz o ağrı-acını qəbul etməlisiniz”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 19 Yanvar 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















