Cüdo millisinin baş məşqçisi: Növbəti hədəf qadınlardan ibarət komandamızı da kişilər qədər güclü səviyyəyə çatdırmaqdır
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 23 aprel, AZƏRTAC
İlk başladığım vaxtlar asan deyildi, hər şey alışdığım mühitdən fərqli idi. Lakin zamanla eyni istiqamətə addımlayan, böyük arzuları və nəhəng potensialı olan güclü bir komanda formalaşdıra bildik.
AZƏRTAC xəbər verir ki, bu sözləri kişi cüdoçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi və performans direktoru Riçard Trautman Monteneqronun paytaxtı Podqoritsada bu gün start götürən Avropa çempionatına həsr olunmuş mətbuat konfransında deyib.
Almaniyalı mütəxəssis “Paris-2024” Yay Olimpiya Oyunlarının qalibi olmuş Hidayət Heydərovla (73 kiloqram) Zelim Kotsoyevin (100 kiloqram) uğurları barədə fikirlərini bölüşüb: “Sadəcə, düzgün idmançıları tapmaq, onlara dəqiq bir konsept və ümid vermək lazım idi. Parisdə bu yanaşma öz nəticəsini verdi. İndi isə növbəti hədəf qadınlardan ibarət komandamızı da kişilər qədər güclü səviyyəyə çatdırmaqdır”.
Mətbuat konfransından sonra EJU prezidenti Laslo Tot tərəfindən Riçard Trautmana yorulmaz əməyi, işinə sadiqliyi və cüdodakı nailiyyətlərinə görə xüsusi xatirə lövhəsi təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 23 Aprel 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















