Cüdoçumuz final görüşünə çıxır, Kənan bürünc qazandı Dünya çempionatı
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
QOL.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən çempionatda bu gün fərdi yarışlar başa çatacaq.
Mundialın 7-ci günündə Azərbaycanın 4 təmsilçisi mübarizəyə qoşulub.
Kişilər
+100 kq çəki
Uşanqi Kokauri əvvəlcə 1/16 finalda Emirxan Joldoşkazıyevə (Qırğızıstan), 1/8 finalda isə Jakub Sordylə qalib gəlib və 1/4 finala çıxıb. O, 1/4 finalda digər Azərbaycan cüdoçusu Kamran Nəsibovla qarşılaşıb və qalib gəlib. O, yarımfinalda isə Martti Pauumaleyneni məğlub edib. Kokuari finalda Rusiya idmançısı İnal Tasoyevlə görüşəcək.
Camal Qamzatxanov Fransisko Solislə (Çili) üz-üzə gəlib və qələbə qazanaraq 1/8 finalda yarışmaq hüququ qazanıb. O, bu mərhələdə isə Muzaffarbek Turoboyevə (Türkmənistan) məğlub edərək 1/4 finala çıxıb. O, bu mərhələdə Jur Spijkersə (Niderland qalib gələrək yarımfimala yüksəlib. O, yarımfinalda İnal Tasoyevə uduzub.
Qamzatxanov və digər Azərbaycan cüdoçusu Kənan Nəsibov bürünc medal uğrunda bir-biri ilə qarşılaşıb. Görüş Kənan Nəsibovun qələbəsi ilə başa çatıb.
Medal uğrunda görüşlər saat 18:00-da başlanacaq.
Qadınlar
+78 kq çəki
Mədinə Kaysinova Asya Tavanoya (İtaliya) uduzaraq mübarizəni başa vurub.
Sabah çempionatda komanda yarışları təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 10 Oktyabr 2026 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















