Cüneyt Çakır Bakıya gəlir
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin tanınmış futbol hakimi Cüneyt Çakır Bakıya gələcək.
Fanat.Az xəbər verir ki, hazırda Gürcüstan Futbol Federasiyasında Hakimlər Komitəsinin sədri vəzifəsində çalışan keçmiş referi “Qarabağ”ın avrokubok oyununa təyinat alıb.
O, Ağdam klubunun UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransanın “Olimpik Lion” komandasına qarşı keçirəcəyi 5-ci tur matçında hakim-inspektor funksiyasını yerinə yetirəcək. Görüşün UEFA nümayəndəsi isə yunanıstanlı Aristeidis Stavropulos olacaq.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq. (AZƏRTAC)

Cüneyt Çakır Bakıya gəlir
26 Noyabr 2024 13:51

