Icma.az
close
up
RU
Cütlük 12 ilin nümayəndələrindən ibarət uşaq “kolleksiya”sı yığmaq istəyir FOTOLAR

Cütlük 12 ilin nümayəndələrindən ibarət uşaq “kolleksiya”sı yığmaq istəyir FOTOLAR

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Çindən olan bir qadın doqquz uşaq dünyaya gətirib. O, bununla da dayanmaq fikrində deyil. Qadın 12 ilin hamısını "bir yerə yığmaq" istəyir və ümid edir ki, övladları gələcəkdə eyni ailə modelini seçəcəklər.

Sfera.az bildirir ki, 33 yaşlı çinli qadının dediyinə görə, o, ərinin yaxşı genlərini israf etmək istəmir. Məhz buna görə də o, böyük ailə ideyası ilə çıxış edib. O, illərin kolleksiyası toplamaq istəyir. 

Çinin şərqindəki Zhejiang əyalətindən olan 33 yaşlı Tian Dongxia ambisiyalarını 2008-ci ildə yenidən tanış olduğu əri Zhao Wanlongun yaxşı genlərini israf etmək istəməməsi ilə izah edir.

Cütlük Pələng ili olan 2010-cu ildə ailə qurub, bir qız övladları doğulub. Sonrakı illərdə onların ailəsi daha səkkiz uşaqla, o cümlədən Əjdaha ilində doğulan əkiz oğlanlarla tamamlanıb. 2022-ci ilin noyabrında doğulan kiçik oğlu da Pələng olduğu üçün “təkrar”a yol verilib. Gənc qadın çox uşaq sahibi olmağın nemət olduğuna inanır.

Bu günə olan məlumata görə, cütlüyün beş oğlu və dörd qızı var, lakin bununla da dayanmayacaqlar. Çünki “kolleksiya”da hələ Öküz, Dovşan, İlan, At və Keçi yoxdur.

Ailə onuncu övladının dünyaya gəlməsinə hazırlaşır, lakin qadının sağlamlığı Əjdaha ilində bunun baş verməsinə imkan verməyib.

Tian Dongxia, "Səhhətimlə əlaqədar Əjdaha ilində uşaq dünyaya gətirə bilmədim, ona görə də gələn İlan ilinə ümid edirəm" - deyə bildirib. 

Qeyd edək ki, Zhao elektrik təchizatı şirkətinin baş direktoru və təsisçisidir, Tian isə şirkətin baş meneceridir. Onlar 2009-cu ildən öz bizneslərini idarə edirlər. Bəzi mənbələrə görə, ildə 55 milyon dollara qədər mənfəət əldə etməklə maliyyə problemi yaşamırlar. Cütlük 2 min kvadratmetrlik villada yaşayır. Altı dayə və dietoloq uşaqlara baxmağa kömək edir.

Qadın övladlarının da böyük ailə qurmaq istəyəcəklərinə ümid edir. Gələcək ailə böyüməsinə hazırlaşmaq üçün cütlük villanı "81 nəvələrini" yerləşdirmək üçün təmir etməyi planlaşdırır.

Aysel 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 Noyabr 2024 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see131

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see131

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri