Icma.az
close
up
RU
D vitamini çatışmazlığı dayaq hərəkət sisteminə necə təsir edir?

D vitamini çatışmazlığı dayaq hərəkət sisteminə necə təsir edir?

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“D vitamini çatışmazlığı dayaq-hərəkət sisteminə bir neçə istiqamətdə mənfi təsir göstərir”. 

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da fizioterapevt Aytən Musayeva açıqlayıb. 

Onun sözlərinə görə, əzələ zəifliyi və ağrılarda D vitamini əzələ funksiyası üçün vacibdir:

“Çatışmazlıq zamanı əsasən proksimal əzələlərdə (bud, çiyin) zəiflik və yorğunluq müşahidə olunur. Osteomalazi və osteoporozda D vitamini çatışmazlığı kalsiumun bağırsaqlardan sorulmasını azaldır, bu da sümük demineralizasiyasına (yumşalmasına) və sınıq riskinin artmasına səbəb olur. Sümük ağrıları və deformasiyalar: uzunmüddətli çatışmazlıqda sümüklərdə ağrılar, qamət pozğunluqları və deformasiya baş verə bilər (xüsusilə yaşlılarda və uşaqlarda). Motor balans pozğunluqlarında əzələ zəifliyi və osteoporoz fonunda yıxılma və sınıq riski artır. D vitamini yağda həll olunan, hormonvari təsirə malik olan bir vitamindir. İnsan orqanizmində əsasən günəş şüalarının təsiri ilə dəri vasitəsilə sintez olunur”. 

Fizioterapevt bildirib ki, D vitamini, kalsium və fosforun bağırsaqlardan sorulmasını artıraraq, sümük toxumasının mineralizasiyasını təmin edir: 

“Çatışmazlıq hallarında dayaq-hərəkət sistemində ciddi funksional və struktur pozğunluqlar yaranır. D vitamininin aktiv forması – kalsitriol – bağırsaqlarda kalsium və fosforun sorulmasını gücləndirir, böyrəklərdə onların reabsorbsiyasını artırır və sümük toxumasında resorbsiyanı tənzimləyir. Əzələ hüceyrələrində vitamin D reseptorları vasitəsilə sinir-əzələ keçidində impuls ötürülməsi dəstəklənir. D vitamininin çatışmazlığından uşaqlarda raxit xəstəliyi (sümüklərin deformasiyası, əyriliklər, böyümə geriliyi), böyüklərdə osteomalasiya xəstəliyi (sümük mineralizasiyasının pozulması, ağrı və zəiflik), osteoporoz xəstəliyi (kalsium balansının pozulması nəticəsində sümük kütləsinin azalması), əzələ zəifliyi (əsasən proksimal əzələlərdə gücsüzlük, yıxılma riski), artroz və skelet əzələsi ağrılarına səbəb olur. Gündəlik 10-30 dəqiqə günəş şüaları altında olmaq, D vitamini səviyyəsini artırmağa kömək edir. Lakin, günəşdən qorunmaq və ya günəş işığının az olduğu bölgələrdə yaşayanlar üçün bu kifayət etməyə bilər”.

A.Musayeva bildirib ki, D vitamini ilə qidalanma və profilaktik tövsiyələrə gəldikdə isə D vitamini ilə zəngin qidalar yağlı balıqlar (skumbriya, somon, sardina), yumurta sarısı, D vitamini ilə zənginləşdirilmiş süd və taxıl məhsulları, günəş şüasına məruz qalmış göbələkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:273
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 May 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri