Gündə yarım saat gəzmək bir çox xəstəliklərin qarşısını ala bilir
Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.
“Sağlam yaşlanma və aktiv həyat bir şüar olmalıdır”.
Tribuna xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Bakı Şəhər Herontoloji Mərkəzinin direktor vəzifəsini icra edən Nailə Əhmədova deyib.
Onun sözlərinə görə, insanın qərar verə bilməsi, mobilliyi və s. önəmlidir. Yaşlı olan zaman bunları edə bilmək üçün cavanlıqdan bu xüsusiyyətlərə malik olmaq əhəmiyyətlidir:
“Müalicəvi bədən məşqləri olduqca müsbət təsir göstərir. Aktiv həyat isə sağlam qocalmaya yol açır. Gündə yarım saat gəzmək bir çox xəstəliklərin qarşısını ala bilir”, – deyə Nailə Əhmədova əlavə edib.
Baxış sayı:30
Bu xəbər 03 Dekabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















