Dağıstanda bir neçə nəfəri sel aparıb
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Rusiyada, Dağıstanın Dərbənd rayonunda bir neçə nəfəri sel aparıb.
Oxu.Az "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Dağıstan Regional İdarəetmə Mərkəzinin rəhbəri İsrafil İsrafilov məlumat verib.
"Azı üç nəfəri sel aparıb. Xilasedicilər hadisə yerinə çatmağa çalışırlar", - deyə o bildirib.
Bundan əvvəl Dağıstanın Tabasaran rayonunun Akka kəndində torpaq sürüşməsinin nəticələrinin aradan qaldırılması zamanı traktor gursulu çaya düşüb. Sürücü kabinədən özü çıxmağı bacarıb.
Bundan başqa, Gejux su anbarının bəndinin yarılması təhlükəsi səbəbindən yeddi kəndin su altında qalacağı ehtimal edilir. Təhlükəsiz ərazilərdə müvəqqəti yerləşdirmə məntəqələri yaradılıb və 4 000-dən çox sakinin ora köçürülməsi planlaşdırılır.
İlkin məlumata görə, Dərbənd rayonunda artıq 800-ə yaxın ev təxliyə edilib, Karakyure kəndində isə min nəfər xilasedicilərin köməyini gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 06 Aprel 2026 02:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















