Icma.az
close
up
RU
Dağlar diyarı Lerikdə futbol həyəcanı FOTOLAR

Dağlar diyarı Lerikdə futbol həyəcanı FOTOLAR

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Uca dağların döşünə sığınan Lerik şəhər stadionunda Rayon İcra Hakimiyyətinin dəstəyi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Lerik Bələdiyyələri Əlaqələndirmə Şurasının birgə təşkilatçılığı sayəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş idarə, müəssisə və təşkilat komandaları arasında baş tutan futbol üzrə rayon turniri sakinlər tərəfindən böyük maraqla qarşılanıb, həyəcan dolu final qarşılaşması ilə tarixə düşüb.

Məlumat üçün bildirim ki, təşkilində əsas məqsəd idarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşlar arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği və qurumlar arası əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi olan turnirdə 10 komanda iki qrup üzrə qələbə uğrunda mübarizə aparıb. Yarış boyu əzmkarlıq göstərib, məzmunlu oyun nümayiş edən Qosmaliyan bələdiyyəsinin “Zirvə” komandası və Blaband bələdiyyəsinin “Vətən” komandası finala çıxıb.

Azarkeşlərin böyük maraqla izlədiyi və gərgin mübarizə şəraitində keçən final oyunu "Vətən" komandasının 3 - 1 hesablı inamlı qələbəsi ilə başa çatıb. Nəticədə "Vətən" komandası turnirin çempionu adını qazanıb. İkinci yeri Qosmalian bələdiyyəsinin “Zirvə” komandası, üçüncü yeri isə Lerik bələdiyyəsinin “Qartal” komandası tutub.

Azərbaycan Respublikasının Dövlət Himninin oxunması, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlanan turnirin təltif olunma mərasimində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Lerik rayon prokuroru Şahin Şükürov, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İcra başçısı Əkbər Abbasov tərəfindən Lerik bələdiyyəsinin "Qartal" komandasına xüsusi forma hədiyyə olunub. Bu əlamətdar hədiyyəni Lerik Bələdiyyələrinin Əlaqələndirmə şurasının sədri Ceyhun Zahidov təqdim edib. Bağışlanan formanın üzərində Lerik rayon İcra Hakimiyyətinin başçısı cənab Əkbər Abbasovun soyadı həkk olunub.

Gərgin və maraqlı mübarizə ilə yadda qalan turnirin yekununda idmançılara layiq olduqları qiymət verilib. Belə ki, ​qalib futbolçulara kuboklar, medallar və diplomlar təqdim edilib.

​ Tədbirdə o da qeyd olunub ki, rayon rəhbərliyinin və hüquq-mühafizə orqanları rəhbərlərinin bu cür tədbirlərdə şəxsən iştirakı gənclərin idmana olan marağını daha da artırır və sağlam həyat tərzinin təbliğinə böyük töhfə verir.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyul 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri