Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Dağların altındakı gizli mərkəzlər Sərhədimizdə atom həyəcanı

Dağların altındakı gizli mərkəzlər Sərhədimizdə atom həyəcanı

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranda Natanz ətrafında baş verən hadisə regionda təhlükəsizliklə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Nüvə obyektlərinə mümkün zərbələr yalnız hərbi deyil, həm də ekoloji baxımdan ciddi risklər yarada bilər. Belə hallarda əsas təhlükə radiasiya sızması ehtimalı və bunun geniş əraziyə təsir göstərməsidir. Bu isə sərhəd ölkələri də daxil olmaqla, daha geniş coğrafiyanı əhatə edə biləcək nəticələr doğura bilər.
Məsələ ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a bildirib ki, Natanzda uzun illərdir ki, nüvə zənginləşdirilməsini həyata keçirilir: 
"Bu istiqamətdə İranın bir neçə şəhərində mühüm obyektlər tikilib. Onlardan biri Natanz şəhəridir. Natanz səhrada yerləşir və yerin altında, qapalı və örtülü vəziyyətdə zənginləşdirmə prosesi aparılır. İkinci obyekt Fordo şəhərindədir. Bu şəhər Qum yaxınlığında yerləşir və burada tədqiqat işləri aparılır. Üçüncü obyekt Arak şəhərindədir və burada da tədqiqat işləri həyata keçirilir. Daha sonra Tehran şəhərində nüvə tədqiqat obyektləri və laboratoriyalar tikilib. Bu proses uzun illərdir davam edir. Natanz nüvə tədqiqatı və xüsusilə Uran-235-in zənginləşdirilməsi baxımından ən mühüm mərkəzlərdən biridir. Bu obyekt yerin dərinliyində yerləşir və kifayət qədər qapalı müəssisədir. Onun fəaliyyəti ilə bağlı açıq məlumatlar məhduddur. Hətta beynəlxalq qurumların nümayəndələrinin də həmin obyektə çıxışı dəfələrlə müzakirə olunub".
Ekoloq bildirib ki, əgər oraya zərbə endirilsə və nüvə mərkəzi zədələnsə, bunu region ölkələri dərhal hiss edər:
"Çünki biz yaxın ərazidə yerləşirik. Uran-235 kimi radioaktiv maddənin ətrafa yayılması küləyin istiqamətindən asılı olaraq qonşu ölkələrə də yayıla bilər. Bu maddə sürətlə yayılma qabiliyyətinə malikdir. Lakin ilkin mərhələdə qonşu ölkələrdən və İranın özündən obyektlərin ciddi zədələnməsi ilə bağlı rəsmi məlumat yoxdur.
Uranın təbii tərkibində 0,72 faiz Uran-235 izotopu olur. Onu 3-5 faizə qədər zənginləşdirmək adətən atom elektrik stansiyalarında istifadə üçün nəzərdə tutulur. 20 faizdən 90 faizə qədər zənginləşdirmə isə nüvə tədqiqatları və nüvə silahı istehsalı ilə əlaqələndirilir.
Son məlumatlara görə, İran bu prosesi qapalı şəkildə apardığı üçün dəqiq faiz barədə açıq məlumat yoxdur".
Ekoloq deyib ki, bəzi iddialara görə, zənginləşdirmə yüksək səviyyəyə, atom silahı hazırlamağa qədər çatıb, lakin İran bunu yalnız dinc məqsədlər üçün həyata keçirdiyini bildirir.
"Təcrübəli ölkələr bu obyektlərin yerləşdiyi yerləri bilirlər və birbaşa həmin mərkəzləri hədəfə almazlar. Çünki orada hər hansı hadisə baş verərsə, bu, region üçün ciddi təhlükə yarada bilər.
Bu nüvə obyektləri silahlı yolla vurulacaq mərkəzlər deyil. Fordo, Arak və Tehran ərazisindəki obyektlər olduqca qapalı şəraitdə fəaliyyət göstərir. Fordo dağlıq ərazidə, dağın altında yerləşir. Digər obyektlər də yüksək təhlükəsizlik tədbirləri ilə qorunur və fəaliyyətlərini gizli və nəzarətli şəraitdə davam etdirirlər", - deyə ekspert bildirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana hücum edib. Buna cavab olaraq isə, İran da İsrailə raketlər atıb. İranın ali dini lideri Ayətullah Xamenei öz ofisində öldürülüb, İranın dövlət televiziyası bildirib. Onun ölümü ilə əlaqədar ölkədə 40 gün matəm və 7 günlük qeyri-iş günü elan edilib.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Mart 2026 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see474

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see443

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see320

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see317

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see268

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see252

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see237

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see233

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see226

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see220

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see219

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see217

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see215

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see203

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see201

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see198

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see194

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri