Daha 19 ailə Xocalıya yola salınacaq
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
Böyük Qayıdış proqramı çərçivəsində avqustun 12-də Xocalı rayonunun Xanyurdu kəndinə daha 62 nəfərdən ibarət 19 ailə yola salınacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Onlar uzun illər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
Qeyd edək ki, hazırda Xocalı şəhəri, Ballıca, Təzəbinə və Xanyurdu kəndlərində 340-dan çox ailə yaşayır.
Baxış sayı:53
Bu xəbər 11 Avqust 2025 08:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















