“Daha aqressiv və istəkli olsaydıq, qələbə qazana bilərdik”
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Azərbaycan millisi yoldaşlıq oyununda Haitiyə məğlub olub – 0:3. Yığmanın keçmiş məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında nəticəni şərh etdi:
“Milli komanda zəif oyun keçirdi, bəlkə də, ən zəif matçlardan biri idi. Rəqib də zəif deyildi. Orta gücdə olan bir komandaya qarşı oynadıq. Heyətlərində yaxşı oyunçular var idi, amma məğlubedilməz deyildilər. Bir az daha aqressiv və istəkli olsaydıq, qələbə qazana bilərdik”.
Fernandu Santuşun rəhbərlik etdiyi kollektivin növbəti sınağı sabah Belarusa qarşı olacaq. Əsədov bu oyundan gözləntilərini bölüşdü:
“Məşqçilər korpusunun düzgün təhlillər aparıldığını düşünürəm. Yəqin Belarusla oyuna daha aqressiv və istəkli olub, qələbə qazanmaq istəyəcəklər. Ümid edək ki, milli bu oyundan qələbə ilə çıxar. Çünki yoldaşlıq görüşləri az qalıb və seçmə oyunlara qədər ruh yüksəkliyi artmalıdır”.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 24 Mart 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















