Icma.az
close
up
RU
Daha aydın önə baxmaq üçün üzr gecikməməlidir Xəbər saytı Son xəbərlər və Hadisələr

Daha aydın önə baxmaq üçün üzr gecikməməlidir Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Azərbaycan heç bir rəqabətin kəsişməsinin məhsulu olmadan, öz milli maraqları üzərindən siyasət realizə edir.

Qeyd olunmalı ən önəmli fakt odur ki, bütün məsələdə birlik nümayiş etdiririk. Xalqımız öz Liderinin ətrafında hər keçən gün daha da sıx birləşərək Qarabağın bərpası, işğaldan azad olunmuş ərazilərdə 34 min nəfərə çatan insanların yaşayışı, onların işlə təminatı, güzəranının daha da yaxşılaşdırılması işini təqdir edir və bu işdə dövləti dəstəkləyir.

Xarici siyasətdə də eyni tendensiyanın yəni, mütləq dəstəyin şahidiyik. Hər kəs bilir ki, Qazaxın dörd kəndinin qaytarılması hansısa tərəfin güzəşti və ya kiminsə xoş niyyətinin göstəricisi yox, birbaşa cənab Prezidentimiz İlham Əliyevin qətiyyətinin və səbəb-nəticə əlaqəsinin məntiqi yekunu olan prinsipiallığının məhsuludur.

Bu məqamda onu da demək olduqca yerinə düşür ki, sadəcə konkret məqsədlər üzrə deyil, ideoloji istiqamətdə də şüurlu olmağımızın vacibliyini dövlət başçımız hər çıxışında bütün nəslin diqqətinə çatdırır, belə məsələlərdə daha çox da gələcək nəsilləri həssas olmağa çağırır. Xocalı yaramız, xalqımızın başına gətirilən müsibətlərin heç biri unudulmalı deyil.

Hər şeyi və hər kəsi öz adı ilə çağırmaq üçün heç kimin qabağında gözükölgəli və borclu olmadığımız qədər, siyasətdə impulsiv qərarlardan çəkinəcək qədər də təmkinli və praqmatik olmalıyıq. Bu gün Azərbaycanın ən böyük nailiyyətlərindən biri və birincisi odur ki, ölkəmizin ərazisində heç bir xarici hərbi baza və kontingent mövcud deyil.

Rusiya hərbçilərinin Qəbələ RLS-dən, sülhməramlıların isə tarixi torpaqlarımızdan çıxarılması yaralarımız baxımından müsibətlərin bir növ sıfırlanması idisə, unudulmamasının vacibliyi də beyinlərimizə silinməz qaydada həkk olunmalıdır. Bütün bu hadisələri yürüdülən siyasət kontekstində vurğulayarkən doğuluşa inanılan seçilmiş gündə isə xalqımıza faciə zühur etdi. Azərbaycan isə tarix boyu beyinlərə və tədrislərə yeridilməyə çalışılan strateqlərin sivilizasiyalarının toqquşması deyil, əməldə onların kəsişən məkanı olub.

Şübhəsiz ki, dövlət və xalq olaraq Qazaxıstanın təyyarə qəzası ilə bağlı ilk saniyələrdən nümayiş etdirdiyi qardaş dəstəyini yüksək qiymətləndiririk. Bu yüksək dəyərin fonunda təəssüflər olsun ki, onu da vurğulamalıyıq ki, müxtəlif tərəflər və dövlətlərdə rəsmi mənzərənin bir qədər və çox olmaqla yəni, bacarılan qədər fərqli istiqamətlərə aparıldığının da şahidiyik. Bu isə istər-istəməz xalqda dövlətlərarası və xalqlararası əlaqələrə baxışda dilemma yaradır və vəziyyəti daha da incə, kövrək edir.

Birmənalı qaydada yanaşmamız budur ki, ziddiyyətli hekayələri qabağa atmaqdansa, kimlərisə ortaq yalana sövq və vadar etməkdənsə Azərbaycandan üzr istənilməlidir. Axı bu üzr praktikasının beynəlxalq aləmə hələ çıxmadan elə özümüzdə də, qonşularımızda da şahidi olmuşuq. Fakt Rusiya tərəfindən etiraf olunmalı və üzr istənilməlidir. Bu, heç bir dövlətin ərazisindən, əhalisindən, qüdrətindən heç nə qoparmayacaq. Lakin tarixi proseslərin və faktların da sübut etdiyi kimi ən azından Cənubi Qafqazda heç zaman "sağ göstərib, sol vuran" tərəf olmayan bizi əyilməsinə ciddi cəhd göstərilən tərəzinin gözündə ağırlıqla oynamağa aparar. Bu harayda Qərbin riyakarlığı isə yenə dəyişmədi. Qəza baş verib, mülki insanlar həlak olub Qərb hələ də "bonus" qazanmağa çalışır.

Qərbdə bu məsələyə nəinki dırnaqarası yanaşıldı, sətiraltı belə eyham vurulmadı. Ta o zamana qədər ki, təyyarənin Rusiya HHM tərəfindən vurulması barədə Qərbin rəsmi dairələrində, mediasında xüsusi can-fəşanlıq yarandı. Bir cinah dumanlansa da, digər tərəfə baxanda aydın gördüyümüz odur ki, Qərb bu faciədən də nəsə əldə etməyə çalışır, ümidsiz şəkildə göyərtədən boylanan baxışları özü üçün fürsət pəncərəsi kimi dəyərləndirir. Belə bir yanaşmanı və manipulyasiya cəhdlərini qəti şəkildə rədd edirik. İstər Rusiya, istərsə də Qərb mətbuatında yayılan məlumatlar çaşdırıcı, ziddiyyətli və bəzən tamamilə qəribə olsa da, həqiqi və uydurulan hekayədən asılı olmayaraq faciənin təsiri xalqımızda eynidir.

Haqlı üzr istəyimiz kimi. Tərəfin və kəslərin kim olduğundan asılı olmayaraq maraqlı kəslər araşdırmanın dezinformasiya dumanı ilə gizlənəcəyini gözləsələr də biz də hələ üzr gözləyirik. Hələ də. Səbrimiz genişdir, bu genişliyi yayılan dezinformasiya çaşqınlığında yayındırma və səs-küy yaratmaqla boğmaqdansa daha aydın şəkildə önə baxmaq üçün zaman itirilməməlidir. Vurulan təyyarənin bizə aid olması fakt olduğu qədər, Azərbaycanın ki yanaşması bəllidir. Hər halda sözdə, əməlində etibar edilməli tərəf olduğumuz amilindən çıxış edərək, üzrü gecikən böyük mənada tək Rusiya olmasa da, prioritetliyimiz bütöv Qafqazda qoyulmasa da, Cəbubi Qafqazda düşünmədən hesab edilməlidir.

Şəbnəm Həsənova Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://baku.ws
archiveBu xəbər 28 Dekabr 2024 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri