Daha bir MTN çi SHXÇDX də yüksək vəzifəyə təyinat aldı Keçmiş dostlar xidmətə toplanır (Eksklüziv)
Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov daha bir diqqətçəkən təyinat imzalayıb.
Mia.az-ın əldə etdiyi məlumata görə, o, SHXÇDX-nin Hüquq İdarəsinin rəisi vəzifəsinə ləğv edilmiş MTN-də Huquq idarəsinin rəisi işləmiş Bəxtiyar Hacıyevi təyin edib.
Xatırladaq ki, yeni rəis də MTN ləğv edildikdən sonra həmin xidmətdən kənarlaşdırılanlar arasında olub.
Onu da bildirək ki, vaxtilə MTN-də işləyən M.İbrahimov yeni təyinatlarda daha çox oradan "vurulan" kadrlara üstünlük verir.
Yeri gəlmişkən, MİA.AZ saytı bundan əvvəl Mürsəl İbrahimovun 2023-cü ilin aprel ayında özünə Baş köməkçi götürdüyü qalmaqallı sabiq MTN-çi Tehran Babatovu bu günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Kadrlar Baş İdarəsinin rəisi, digər MTN-çi Hikmət İsbatovu isə özünə Baş köməkçi götürməsi haqda yazıb.
Həmin xəbəri bu linkdən oxuya bilərsiniz: https://www.mia.az/w1078798/1078798
Xidmətdəki dəyişiklikləri diqqətdə saxlayırıq.
Samir Musayev
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 25 Mart 2025 00:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















