Icma.az
close
up
RU
“Daha çox qol vurmaq istəyirdik” Dambrauskas

“Daha çox qol vurmaq istəyirdik” Dambrauskas

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çempionlar Liqasının II təsnifat mərhələsinin "Sabah" – "KuPS" oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– "Sabah" ailəsini qələbə münasibətilə təbrik edirəm. Böyük və möhtəşəm duyğular yaşayırıq. Düzdür, bir az məyusluq var. Çoxlu qol imkanları yaratdıq, ancaq dəyərləndirə bilmədik. Futbolçular tapşırıqları düzgün icra etdi. Hər iki hissədə kifayət qədər fürsətimiz oldu. Əfsuslar olsun, top tora daxil olmadı. Oyunun sonlarında bizim də bəxtimiz gətirdi. Rəqib hesabı bərabərləşdirə bilərdi. Bu məyusluğu unutmalı və hazırlıqlara başlamalıyıq. Qarşıda çətin səfər oyunu var. "KuPS" artıq bizi yaxşı tanıyır. Uzun səfərimiz olacaq və süni örtüklü meydançada oynayacağıq. İnanıram ki, səfər matçında qol imkanlarından yararlana biləcəyik.

– Maludanın oynamamağının səbəbi nə idi?


– Məşqçi kimi vəzifəm əlimin altında olan ən yaxşı heyəti seçmək, hazırlamaqdır. Futbolçular da bizim tələblərimizə hazır olmalı, qələbələrimizə töhfə verməlidir. Maluda fiziki və mental oyuna hazır deyildi.

– İkinci hissədə iki hücumçunu meydana buraxdınız. Bu, nə ilə bağlı idi?


– Daha çox qol vurmaq istəyirdik. Meydanı tərk edən Aleksey və Kahim möhtəşəm oynadılar. Onlar böyük enerji sərf etdilər. Severina və Mbinanı oyuna qoşmaqla hücumların sayını artırmaq istəyirdik. Həqiqətən, ikinci qola da çox yaxın olduq.

– Cavab matçında hücum futbol oynayacaqsınız?


– Oyunu təhlil edəcəyik. Görək, nələri daha yaxşı edə bilərik. Düzdür, çətin matç olacaq. Finlandiyada yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik.

– Komandanın bu qədər epizodu dəyərləndirə bilməməyi sizi narahat edir?


– Düzü, yox. Epizod yarada bilməsəydik, narahat edərdi. Amma hər matç kifayət qədər qol fürsətlərimiz olur. Bu gün TNS-lə matçdakından daha çox şans yaratdıq. Futbol elə oyundur ki, bəzən qol fürsəti yaratmasan da nələrsə edə bilirsən. Dünya çempionatının finalını da buna nümunə göstərə bilərəm. Məsələn, Argentina finalda qapıya zərbə belə vura bilmədi, amma oyun 120 dəqiqə keçdi. Bu gün də bizdə qol çatışmadı. Qol tortun üzərindəki vişnə kimidir.

– Yeni transferlərin start heyətdə olmamağı nə ilə bağlıdır?


– Hələ mövsümün başlanğıcıdır. TNS-lə səfər matçında yeni transfer Almeyda meydana çıxdı. Çempion komandayıq, burda əməyi olan futbolçuları da başa düşməliyik. Onları "11-lik"dən çıxartmaq istəməzdim. Komandada yaxşı anlaşırlar. Yeni transferlər də duruma alışmalıdır, komandanı yaxşı öyrənməlidirlər. Həqiqətən, fantastik futbolçular gətirmişik. Ən güclü "11-liy"i seçmək istəyirəm. Geniş heyətimiz var və hər futbolçu töhfə verəcək gücdədir. Bu gün də kifayət qədər yaxşı oynadıq, amma daha çox qol vurub, qalib gələ bilərdik. Alınmadığı üçün məyusluğumuz var.

– Növbəti potensial rəqiblərinizdən "Lex" hazırda səfərdə Danimarkanın "Orxus" komandasına 4 qolla qalib gəlir. Polşa təmsilçisi haqqında nə düşünürsünüz?


– Hazırda bütün diqqətin "KuPS"la cavab oyunundadır. Əvvəlcə bu mərhələni keçək, sonra növbəti rəqibi düşünəcəyik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://sport24.az
archiveBu xəbər 21 İyul 2026 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri