Icma.az
close
up
RU
Daha da dərinləşən siyasi və diplomatik uçurum ortaya çıxacaq POLİTOLOQ ŞƏRH ETDİ

Daha da dərinləşən siyasi və diplomatik uçurum ortaya çıxacaq POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Fransa Milli Assambleyasında təqdim olunan qətnamənin əsas məqsədi təkcə Ermənistanla ikitərəfli münasibətlərin inkişaf etdirilməsi deyil, eyni zamanda Cənubi Qafqazda Fransanın siyasi və strateji mövqeyinin möhkəmləndirilməsidir. Bu qətnamə Ermənistanla “strateji tərəfdaşlıq” qurulmasını təşviq edir, müxtəlif sahələrdə, xüsusilə də müdafiə, təhlükəsizlik və humanitar əməkdaşlıq sahələrində birgə fəaliyyətin gücləndirilməsini hədəfləyir. Fransa bu addımı ilə həm də regionda mövcud geosiyasi balanslara təsir göstərmək niyyətindədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, bu qətnamə birtərəfli yanaşmanın bariz nümunəsidir. Fransa son illərdə Ermənistanla münasibətlərində açıq-aşkar tərəf saxlayan bir mövqe sərgiləyir və bu, onu Cənubi Qafqazda neytral vasitəçi statusundan uzaqlaşdırır. Azərbaycan-Ermənistan münasibətlərinin həssas bir mərhələdə olduğu bir vaxtda Fransa tərəfindən belə bir qətnamənin irəli sürülməsi, sülh prosesinə xələl gətirə, etimad mühitini zəiflədə və tərəflər arasında yaranmış müsbət dinamikanı ləngidə bilər: "Ermənistanı dəstəkləyən bu cür sənədlər və çağırışlar, Azərbaycanın maraqlarını nəzərə almadan hazırlandığı üçün balanssız yanaşma formalaşdırır.

Rəsmi Bakının Fransa ilə münasibətlərdə son illər ehtiyatlı davranmasının səbəblərindən biri də məhz bu birtərəfli və qeyri-obyektiv yanaşmadır. Belə sənədlər təkcə siyasi deyil, eyni zamanda informasiya müstəvisində də Azərbaycana qarşı mənfi rəy formalaşdırmaq məqsədi güdür. Fransanın bu qətnamə ilə irəli sürdüyü çağırışlar, həmçinin regionda Rusiya, Türkiyə, İran və Avropa İttifaqı arasında mövcud olan geosiyasi balanslara da təsir göstərə bilər. Bu isə Cənubi Qafqazda yeni bir geosiyasi rəqabət dalğası yarada bilər. Əgər bu rəqabət diplomatik əməkdaşlıq və balans üzərində deyil, birtərəfli tərəf saxlama siyasəti üzərində qurularsa, o zaman bölgədə gərginliyin artması qaçılmaz olacaq. Fransa Milli Assambleyasında qəbul edilən və ya təqdim olunan bu qətnamə formal olaraq Ermənistan-Fransa münasibətlərini inkişaf etdirmək məqsədi daşısa da, əslində Azərbaycan-Ermənistan münasibətlərindəki həssas tarazlığı poza və regionda sülh prosesini çətinləşdirə bilər. Bu səbəbdən, beynəlxalq aktorların bu kimi sənədləri qəbul edərkən daha balanslı, obyektiv və ədalətli mövqe tutmaları vacibdir. Əks halda, bölgədə sülh və sabitlik deyil, daha da dərinləşən siyasi və diplomatik uçurum ortaya çıxacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 İyul 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri