Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Daha etibarlı və təhlükəsiz...

Daha etibarlı və təhlükəsiz...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məsafədən bank hesabının açılması “Sima İmza” ilə mümkün olacaq

Ölkəmizdə rəqəmsal bankçılıq xidmətlərinin inkişafı və bu istiqamətdə təkmil hüquqi çərçivənin formalaşdırılması Mərkəzi Bank (MB) tərəfindən daim diqqət mərkəzində saxlanılır. Elektron bankçılıq üzrə hüquqi bazanın təkmilləşdirilməsi, habelə innovativ həllərin tətbiqinin dəstəklənməsi məqsədilə məsafədən bank açmaq xidməti daha da təkmilləşdirilməkdədir. MB-nın “Məsafədən hesabların açılması Qaydası”na etdiyi dəyişikliyə əsasən, martın 17-dən etibarən məsafədən bank hesablarının açılması yalnız gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq. Bu yenilik maliyyə institutlarından müştərilərin məsafədən identifikasiyası və autentifikasiyası prosesində yeni yanaşmaların tələbi nəzərə alınmaqla həyata keçiriləcək.

SİMA Rəqəmsal Həllər Platforması banklar da daxil olmaqla, bütün maliyyə qurumları üçün optimal və effektiv həll kimi çıxış etdiyindən məsafədən hesab açmaq alətinin də daha optimal və güclü platformaya inteqrasiyası nəzərə alınıb.

Belə ki, yeni qaydaların tətbiqi ilə maliyyə institutları müştərilərin məsafədən eyniləşdirilməsini müxtəlif üsullar vasitəsilə həyata keçirəcək ki, SİMA bu proseslərin hər biri üçün uyğun həlləri təmin edə biləcək. Qaydalara görə, hesab açılması zamanı istifadəçilərin foto çəkilişi vasitəsilə eyniləşdirilməsi “SİMA KYC” məhsulu vasitəsilə mümkün olacaq. Eləcə də videoqeydiyyat və ya videozəng əsasında eyniləşdirmə  “SİMA KYC” platformasının eyniadlı həlləri ilə təmin ediləcək. Bu yanaşma maliyyə institutlarına müştərinin identifikasiyasını müxtəlif ssenarilər üzrə təhlükəsiz və çevik şəkildə təşkil etməyə imkan yaradır.

Ümumilikdə, məsafədən identifikasiya və autentifikasiya proseslərini ayrı-ayrı resurslar vasitəsilə həyata keçirmək əvəzinə, təkcə SİMA rəqəmsal imzanı tətbiq etməklə də həyata keçirmək mümkündür. Belə ki, “SİMA İmza” biometrik eyniləşdirmə və gücləndirilmiş elektron imza tələblərini vahid platformada birləşdirərək, yeni qaydanın bütün tələblərini təmin edir. Bu yanaşma bank əməliyyatlarının təhlükəsizliyini artırmaqla yanaşı, xidmətlərin daha sürətli və rahat şəkildə təqdim olunmasına şərait yaradacaq.

20 min manatadək hesab açdıqda “e-imza” tələb olunur

Qeyd edək ki, ölkəmizdə məsafədən bank hesabının açılması rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, “müştəri-bank” münasibətlərini innovativ texnologiyalar platformasında quraraq daha təhlükəsiz və operativ elektron xidmətlərin son müştəriyə çatdırılması məqsədilə tənzimləyici qurum blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması ilə bağlı layihəni fəaliyyət planına uyğun olaraq həyata keçirməkdədir. 2022-ci ildən tətbiq olunan Mərkəzi Bankın “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na əsasən, məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının birgə fiziki iştirakı olmadan elektron vasitələrlə nəzərdə tutulur. Müvafiq meyarlara görə, fiziki şəxslər 500 manat, 6 min manat və 20 min manatadək hesab açmaq hüququna malikdir. 500 manatadək açılacaq hesab üçün elektron imza (“e-imza”) tələb olunmur. Bunun üçün sadəcə istifadəçi adı və parolu gərəkdir, hesab 10 dəqiqə ərzində aktiv olacaq. 6 min manatadək hesabın açılmasına da “e-imza”ya ehtiyac duyulmur. Lakin burada vizual təsdiq etmək üçün görüntülü zəngi cavablandırmaq lazımdır. Məlumatlar bank tərəfindən yoxlanıldıqdan sonra sifarişçi ilə əlaqə saxlanılacaq və bütün danışıqlar (video görüntülü zəng) qeydə alınır və hesab açılır. Üçüncü meyara uğun olaraq sifarişçi 20 min manatadək hesab açdıqda isə “e-imza” tələb olunur. Fiziki şəxslərdən fərqli olaraq, hüquqi şəxslər tərəfindən açılacaq hesablara limit qoyulmayıb, ancaq onlardan  istənilən halda hesab açmaq tələb edilir.  Eləcə də, rezident fiziki şəxslər gücləndirilmiş müştəri autentifikasiyası və videozəng ilə məsafədən hesab açmaq imkanına malikdir.

Qərara əsasən, məsafədən hesab açılan zaman nəzarət subyekti tərəfindən istifadə edilən informasiya texnologiyaları, o cümlədən informasiya sistemi, proqram təminatı “Fərdi məlumatlar haqqında” Qanun və digər hüquqi aktlar ilə müəyyən edilmiş tələblərə cavab verməlidir. Bundan başqa, fiziki şəxs olan müştərilərə münasibətdə qanuni nümayəndə qismində valideynlər, övladlığa götürənlər və ya qəyyumlar, hüquqi şəxs olan müştərilərə münasibətdə qanuni təmsilçi istisna olmaqla müştəriyə digər səlahiyyətli nümayəndə vasitəsilə məsafədən hesab açılmasına yol verilməyəcək.

Videozənglə təkrar kimliyi təsdiq etməyə də ehtiyac qalmayacaq

Son illərdə ölkədə rəqəmsal arxitekturanın möhkəmləndirilməsi məsafədən hesab açılması xidmətini ön plana çıxardığından MB bu sahədə xidməti təkmilləşdirmək və daha güclü identifikasiya sistemini tətbiq etmək qərarına gəlib. Nəticədə, SİMA - bulud əsaslı yeni nəsil rəqəmsal imza bank sektorunda əsas alət kimi nəzərdə tutulacaq. Yeni nəsil imzanın üstünlüyü həm də ondan ibarətdir ki, vətəndaşlar və fərdi sahibkarların müvafiq əməliyyatın həyata keçirilməsi üçün artıq müştərinin banka getməsinə və ya əvvəlki kimi videozənglə təkrar kimliyini təsdiqləməsinə ehtiyac yoxdur. SİMA rəqəmsal imzaya sahib olan şəxslər bank hesabının açılması üçün müştərisi olduğu banka onlayn qaydada müraciət edərək sonda təsdiq üçün sənədləri məhz elə SİMA gücləndirilmiş elektron imza ilə anında imzalaya bilərlər.

Beləliklə, məsafədən bank hesabı açmaq üçün elektron imza sistemi daha innovativ  rəqəmsal platforma üzərindən - gücləndirilmiş  “Sima İmza” ilə aparılacaq. Qaydaların təkmilləşdirilməsi ilk növbədə məsafədən bank xidmətlərinin əldə olunması imkanlarını genişləndirməklə, bank hesabının açılması prosesini rəqəmsal müstəvidə icrasını təmin edəcək. Bu isə bank və maliyyə sektorunda vətəndaşların hesablarındakı vəsaitlərin daha etibarlı qorunması və təhlükəsizlik modelinin qurulmasına imkan verəcək.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Mart 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri