Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təhlükəsiz, rahat və etibarlı...

Təhlükəsiz, rahat və etibarlı...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qanunsuz daşınmaların qarşısı alınacaq, sərnişindaşımada xidmətin keyfiyyəti artırılacaq

Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə” 3 mart 2026-cı il tarixli qanunun tətbiq barədə sərəncam imzalayıb. Sənədə əsasən, Nazirlər Kabineti qanunun 15.5-ci maddəsinə uyğun olaraq, qeyri-müntəzəm sərnişin daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinə dair tələblərin müəyyənləşdirilməsi məqsədilə 3 ay müddətində “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də müvafiq dəyişiklik edilməlidir.

Yenilənmiş qanuna əsasən, ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi almaq istəyənlər aşağıdakı sənədləri də təqdim etməli olacaqlar:

* Sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatı;

* Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və tibb məntəqəsi ilə müqavilələri;

* Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;

* Qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə  avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;

* Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təsdiq edən müvafiq icbari sığortası;

Avtobusla səfər edən vətəndaşlar da sığorta olunacaq

Bundan başqa, ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib. Belə ki, “Avtomobil nəqliyyatı haqqında” qanuna edilən dəyişikliklərə əsasən, ölkədaxili sifarişli daşımaların növü olan qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə, eləcə də müntəzəm beynəlxalq və şəhərlərarası (rayonlararası) sərnişin daşımalarına münasibətdə icazənin alınması üçün icbari sığorta mexanizmi  tətbiq ediləcək. Yəni bu o deməkdir ki,  avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlər də özlərini fərdi qəza sığortası ilə sığortalayacaqlar. Bundan başqa, qeyri-müntəzəm sərnişin daşımalarını həyata keçirən şəxslər, yəni sürücülər bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunacaqlar. Yuxarıda adları çəkilən təsdiqedici sənədləri olmayan şəxslərin və daşıyıcı şirkətlərin müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarında istifadə hüququnun qarşısı alınacaq.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov dəyişiklikləri şərh edərkən bildirib ki, nəqliyyat sahəsindəki son dəyişikliklərin taksi fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Dəyişikliklər “Avtomobil nəqliyyatı haqqında” qanuna edilib və ölkədaxili avtomobil nəqliyyatını, xüsusilə də sifarişli daşımalar (qeyri-müntəzəm) sahəsini əhatə edir. Əsas yenilik isə icazə üçün təqdim olunan sənədlərin dairəsinin genişləndirilməsi və tələblərin sərtləşdirilməsidir. “Yeni qaydalara əsasən, sifarişli daşımalar həyata keçirən avtobus və yük avtomobili sürücüləri xüsusi hazırlıq keçməlidirlər. Bu hazırlıq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən təşkil olunur və sürücülər müvafiq sənəd əldə etməlidir. İcazə almaq üçün bütün sənədlər AYNA-nın portalına təqdim olunmalıdır”.

Ekspert əlavə edib ki, avtobuslarla sərnişindaşıma zamanı fərdi qəza sığortası tələbi yeni deyil, sadəcə bu sənəd də icazə üçün təqdim edilməli olan aktlara əlavə olunub. Sərnişinlərin fərdi qəza sığortası məcburidir və sənəd AYNA-ya təqdim olunacaq.

Göründüyü kimi, yeni qaydalar ölkə üzrə qanunsuz daşınmaların qarşısını almağa yönəlib və bu sahədə nəzarətin gücləndirilməsini nəzərdə tutur və qanunvericilikdə nəzərdə tutulan bu dəyişikliklərin daşınma qiymətlərinə təsir etməyəcək. Burada əsas məqsəd sərnişindaşımada xidmət keyfiyyətinin artırılması və təhlükəsizliyin təmin olunmasıdır. Çünki bir sıra hallarda yol-nəqliyyat hadisələri zamanı daşıyıcı şirkətin və ya sürücünün sığortasının olmadığı, nəqliyyat vasitəsinin isə ümumiyyətlə daşınma üçün yararsız olduğu ortaya çıxır ki, bu da həmin sahədə nəzarətin yetərli olmamasından xəbər verir. Bu baxımdan, yeni dəyişikliklər sərnişindaşıma fəaliyyətində nəzarətin gücləndirilməsini təmin etməklə, bu sahədə təhlükəsizliyi möhkəmləndirəcək.

Daşıyıcı şirkətlər və şəxslər elektron reyestrdə qeydə alınacaq

Yeni qaydalarla yanaşı, daşıyıcı şirkət və fiziki şəxslər Nazirlər Kabinetinin “Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın tələblərinə də riayət etməlidirlər. Həmin qərara əsasən, Bakı, Sumqayıt və Gəncə şəhərlərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsinin tələbləri müəyyən edilib. Tələblərə əsasən, daşıyıcı şirkətlər və şəxslər aiddiyatı dövlət orqanında qeydə alınmalı, sərnişin avtonəqliyyat vasitəsi haqqında məlumatları (nəqliyyat vasitəsinin markası və modeli, dövlət qeydiyyat nömrəsi, buraxılış kartının qeydiyyat nömrəsi, qeydiyyata alındığı dövlət, habelə icazə verilmiş oturacaq yerlərinin sayı), sərnişinlərin daşınması marşrutunun sxemi, sərnişinlərin siyahısı və digər zəruri informasiyaları həmin reyestr bazasında yerləşdirməlidir. Qeyri-müntəzəm sərnişin daşınmaları üçün formulyar “AYNA” informasiya sistemində elektron qaydada doldurulduqdan sonra daşıyıcının və ya sifarişçinin gücləndirilmiş elektron imzası ilə imzalanmalıdır.

Eyni zamanda, şəhərlərarası sərnişin daşımalarda vahid dispetçer mərkəzinin yaradılması, habelə vahid elektron bilet satış sisteminin qurulması və digər yerüstü nəqliyyat növləri üzrə bilet satışı sistemləri ilə inteqrasiya da diqqət mərkəzində saxlanılacaq.

Beləliklə, yeni qaydaların tətbiqi nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsinə, texniki baxımdan köhnə olan daşıyıcı nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasına və daha müasir nəqliyyat vasitələrinin cəlb edilməsinə imkan verəcək. Bu isə sərnişindaşımada və ictimai nəqliyyat sektorunda təhülkəsizlik, rahatlıq və etibarlılıq baxımından mühüm əhəmiyyət kəsb edəcək.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Aprel 2026 08:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri