Dambrauskas: “Özümüzü sübut etmək şansımız var”
Icma.az bildirir, Apasport portalına istinadən.
“Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Bakıda Çexiyanın “Slaviya” klubunu qəbul edəcək.
Apasport.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas matçdan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
– “Mançester Yunayted”lə oyunda 3 xal gözləməyimiz düzgün olmazdı. “Slaviya” isə uyğun rəqibdir. Bu oyunda “Sabah”ın qələbəsini gözləmək komandada və sizin üzərinizdə təzyiq yaratmır ki?
– Bu səviyyəli oyunlarda meydana çıxarkən əlimizdən gələni etməyə çalışırıq. Hər kəs yaxşı nəticə gözləyir. “Slaviya” da eyni nəticəni istəyir. 90 dəqiqə ərzində çox şey baş verə bilər. Baş məşqçi olaraq mənim işim oyuna köklənmək və meydanda nələrin baş verdiyini izləməkdir.
– “Slaviya”nın oyun tərzi haqqında nə deyə bilərsiniz?
– “Slaviya” güclü komandalardan biridir. Gözəl oyun sisteminə malik kollektivdir. Bir çox cəhətdən, xüsusilə fiziki baxımdan çox hazırlıqlı komandadır. Onlar heç vaxt yorulmurlar, hər zaman pressinqə üstünlük verirlər. “Slaviya”nın baş məşqçisi uzun müddətdir komandadadır. Qısa ötürmələrlə hücumameyilli futbol oynayırlar. Çexiya çempionatında, demək olar ki, bir-iki ötürmədən sonra hücuma keçirlər. Biz konsentrasiyamızı itirməməyə çalışmalıyıq. Bu səviyyəli komandalar rəqibi cəzalandırmağa hazır olurlar. Öz gücümüzə inanıram. Ümidvaram ki, onların zəif nöqtələrini tapıb bundan istifadə edəcəyik. Əsas məsələ mental baxımdan hazır olmaqdır.
– “Slaviya” tərəfi “Sabah”la matça 3 xal gözü ilə baxır. Bu, sizi ikiqat motivasiya edir?
– Bəli, bundan xəbərdarıq. Onlar uzun müddətdir səfərdə qalib gələ bilmirlər. Biz nəyə qadir olduğumuzu bilirik. Bəlkə də, onlar üçün asan rəqib kimi görünürük. Bizim də özümüzü sübut etmək şansımız var. Bunun mənim üçün əlavə motivasiya olduğunu düşünmürəm. Mənim üçün ən böyük motivasiya meydana çıxmaq və əlimdən gələnin ən yaxşısını etməkdir. Bu vaxta qədər möcüzə yaratmışıq.
– Milyonçu ola bilmədiniz, amma Azərbaycanda tarix yazdınız, “Sabah”ı çox önəmli yerlərə gətirdiniz. Türkiyəyə mesajınız nədir?
– Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Azərbaycanlı deyiləm, amma mən də buradayam. Türkiyə futbolunun tarixini, “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Trabzonspor” və digər klubların nailiyyətlərini bilirik. Orada mükəmməl futbolçular var. Azərbaycan da öz futbol tarixini yazmağa davam edir. Azərbaycanın Çempionlar Liqasındakı nailiyyətləri də pis deyil. Bilirik ki, türklər futbolu çox sevirlər. Hər zaman Türkiyəni nümunə götürürük. Azarkeşləriniz mükəmməldir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 12 Oktyabr 2026 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















