Dani Alveş biznesə başladı
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bir müddət əvvəl təcavüzdə ittiham olunaraq 14 ay həbsdə olan “Barselona”nın keçmiş futbolçusu Dani Alveş yenidən gündəmə gəlib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı öz biznesini qurmaq qərarına gəlib.
Alveş internetdə müxtəlif tədbirlərin keçirilməsi və işgüzar görüşlərin təşkili üçün nəzərdə tutulmuş “Voxtom” platformasını işə salıb.
“Voxtom” Braziliya bazarına yönəlib və “Instagram”da 25 min izləyicisi var.
Xatırladaq ki, ötən ilin yanvarında 40 yaşlı Dani Alveş Barselonadakı Sutton gecə klubunda qıza təcavüz etməkdə ittiham olunub. Dani Alveş karyerası ərzində “Sevilya”, “Barselona”, “Yuventus”, PSJ kimi klublarda çıxış edib. O, son olaraq Meksika “Pumas”ında forma geyinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 14 Noyabr 2024 02:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















