Icma.az
close
up
RU
Danışdın?

Danışdın?

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Akif ABBASOV

(hekayə)
Zakir dərsi danışıb qurtardı. Sonra Cavanşir müəllimin və yoldaşlarının suallarına cavab verdi. Müəllim:

- Sağ ol, Zakir! Həmişə olduğu kimi, bu gün də dərsə hazırlıqlı gəlmisən. Əla qiymət alırsan.
Zakir özündən razı halda keçib əyləşdi. Müəllim sinfə göz gəzdirib Şəfiqəni çağırdı:
- Şəfiqə, sən gəl.
Şəfiqə ayağa qalxıb yazı taxtasına doğru addımladı. Müəllim:
- Danış görək.
Şəfiqə dərsin mövzusunu elan etdi. Cavanşir müəllim qarşısındakı qəzeti gözdən keçirməyə başladı. O, qaşlarını çatıb diqqətlə hansısa məqaləni oxuyurdu.
Cavanşir müəllimin qəribə xasiyyəti vardı. Qarşısında qəzet görən kimi gözlərini ona dikirdi. Şagirdlər müəllimin ölkədəki, xaricdəki xəbərlərə, baş verən hadisələrə aludəçiliyini bildiklərindən köşkdən təzə qəzet alıb stolun üstünə salardılar.
Şəfiqə yazı taxtasının qarşısında, Cavanşir müəllim qəzet oxumaqda idi. Dərsin mövzusu bir yana qalmışdı, Şəfiqə yoldaşlarına oradan-buradan, olub keçənlərdən, bir sözlə, ağlına nə gəldi danışırdı. Uşaqlar özlərini gülməkdən güclə saxlayırdılar.
Şəfiqə susdu. Dayanıb gözlədi. Sinifdə kimsə öskürdü, kimsə asqırdı. Cavanşir müəllim başını qaldırdı. Bir Şəfiqəyə baxdı, bir də şagirdlərə. Şagirdlər onun nə deyəcəyini, Şəfiqəyə hansı qiyməti yazacağını gözləyirdilər. Cavanşir müəllim aram-aram:
- Şəfiqə, danışdın? - deyə soruşdu.
Şəfiqə tez dilləndi:
- Bəli, müəllim, danışdım.
Cavanşir müəllim:
- Şəfiqə, - dedi.
Şəfiqə cavab verdi:
- Bəli, müəllim!
Cavanşir müəllim:
- Şəfiqə, indi də dərsi danış...
Şəfiqə dayanıb durdu. Sən demə, Cavanşir müəllim qəzetə baxsa da, fikri Şəfiqədə imiş!
Bakı şəhəri, 09 fevral 2025-ci il
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://reyting.az
archiveBu xəbər 12 Fevral 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see354

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see288

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see278

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see248

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see227

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see222

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see212

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see207

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see198

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see190

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see186

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see174

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see170

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see169

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see167

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see161

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see157

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see156

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see152

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri