Icma.az
close
up
RU
Danışıqlara davam, yoxsa... ilin son ayının sülh akkordu

Danışıqlara davam, yoxsa... ilin son ayının sülh akkordu

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

2024-də də sülh sazişi bağlanmadı; Ermənistan müharibə konstitusiyasından imtina etmir, əksinə, müdafiə naziri Parisdən vurub Dehlidən çıxır, terrorçu “Yerkrapa” isə sərhədə baxış keçirir - rəy

2024-cü ilin son ayına girmişik. Təəssüf ki, bu il də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkün olmadı. Hərgah həm Bakıdan, həm də İrəvandan ilboyu yetərincə nikbin bəyanatlar verilmişdi. Amma tərəflər arasında hansısa “çərçivə sənədi” də imzalanmadı - sülh mətninin böyük hissəsinin razılaşdırıldığı bildirilsə də. 

Hurriyyet.az xəbər verir ki, “Yeni Müsavat” qeyd edir ki, Bakı və İrəvan arasında sülh danışıqları ilə bağlı təmasların COP29-dan sonra, dekabr ayında bərpa olunacağı, yekun saziş üzərində diplomatik müzakirələrə yenidən start veriləcəyi gözlənilir. Prezidentin köməkçisi Hikmət Hacıyev də bu anonsu vermişdi. Bəs bu ayın əsas gözləntisi nədir? Danışıqlarda diplomatik sıçrayış mümkündürmü? 

Bu yerdə yada salaq ki, dekabrın 5-6-da Maltada ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı keçiriləcək. Yəqin ki, Azərbaycan və Ermənistan XİN başçıları - Ceyhun Bayramov və Ararat Mirzoyan da tədbirə qatılacaq. Malta sülh danışıqları üçün uğurlu məkan ola bilərmi? Onu da xatırladaq ki, oktyabrda Kazanda BRİKS sammiti çərçivəsində görüşən iki ölkə rəhbərləri - İlham Əliyev və Nikol Paşinyan xarici işlər nazirlərinə danışıqları intensivləşdirmək və sülh sənədinin imzalanmasını tezləşdirmək tapşırığı veriblər. Əfsus ki, ötən zaman kəsiyində Ermənistan daha çox havadarları hesabına silahlanmağa davam etməsi ilə diqqət çəkib. 

Yeri gəlmişkən, kapitulyant ölkə gələn il üçün rekord həcmdə - 1.7 milyard ABŞ dolları dəyərində hərbi büdcə müəyyən edib. Ermənistan Birləşmiş Ştatlar, Fransa ilə birgə hərbi təlimlər keçir. Müdafiə naziri Suren Papikyan Parisdən vurub Dehlidən çıxır. Baş verənlərin fonunda ötən həftəsonu Ermənistanın Azərbaycanla sərhəddə fəaliyyət göstərən “Yerkrapa” birliyinin rəhbəri, baş nazir Nikol Paşinyana yaxınlığı ilə tanınan Sasun Mikayelyan mövqelərə baxış keçirib. Mikayelyan sərhəddə qruplaşma üzvləri ilə görüşüb. Mövqelərdə “xidmət”in yaxşı həyata keçirildiyini, mənəvi-psixoloji vəziyyətin yaxşı olduğunu bildirib. Qruplaşmanın komandirləri isə döyüşə hazır olduqlarını deyiblər.

Sözügedən qruplaşmanın 10 mindən çox üzvünün olduğu və həmin şəxslərin hərbi təlimlərə cəlb olunduğu haqda məlumatlar açıqlanır. Orada xidmət edənlərin əksəriyyəti Birinci Qarabağ müharibəsi dövründə iştirak edənlərdir. Ermənistanın Fransa, Yunanıstan, Hindistan kimi ölkələrdən hücum silahları və texnikalar alması və Mikayelyanın mövqelərə baş çəkməsini də nəzərə alsaq, bütün bunlar rəsmi İrəvanın öz revanşist mövqeyindən vaz keçmədiyini bir daha sübut edir. Gerçək həmçinin budur ki, Ermənistan müharibə konstitusiyasından imtina etmək istəmir. Üstəgəl, rəsmi İrəvan yaxın keçmişinə, işğal dönəminin qalığı olan üzdəniraq Minsk Qrupunun rəsmi ləğvinə bu il də dirəniş göstərdi... 

 Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, sülh danışıqları ağır prosesdir və qısa müddətdə nail olmaq asan deyil. Onun fikrincə, tərəflər danışıqlarda xeyli irəliləyiş əldə etsələr də, İrəvan irəli sürülən tələbləri yerinə yetirməkdən boyun qaçırır. Q.Hüseynli hesab edir ki, Bakının şərtləri əsassız deyil və hansısa güzəştləri, yaxud təslimçiliyi nəzərdə tutmur: “Azərbaycan haqlı olaraq qeyd edir ki, sənin konstitusiyanda mənim ərazilərimə iddian var və onu çıxar. Bizim Ermənistan qanunvericiliyinə dəyişikliklə bağlı ayrı tələbimiz yoxdur. Yəni onların daxili işlərinə qarışmırıq. Sadəcə, bizə aid hissə barədə əsaslı tələb irəli sürmüşük. Amma Ermənistan 2026-cı ildə referenduma gedəcəyini açıqlayıb. Bakı da birmənalı şəkildə deyib ki, yarımçıq sülh heç vaxt olmayacaq və indiki şərtlərlə müqavilə imzalana bilməz. O baxımdan, Ermənistan götür-qoy etməli və özü fikirləşməlidir. Bizim tələsən yerimiz yoxdur. Azərbaycan suverenliyini təmin edib, indi sərhədləri dəqiqləşdirməyi və yekun sülh sənədini imzalamağı tələb edir”. 

Q.Hüseynli bu il danışıqlarda müsbət dinamikanın da müşahidə edildiyini əlavə edərək düşünür ki, gələn il sülhə yaxınlaşmaqda növbəti addımlar atılacaq: “Hələ heç nə qurtarmayıb və dekabrın sonuna qədər niyyət protokolu ola bilər, yaxud çərçivə sənədi. Biz yaxın günlərdə müzakirələrin sürətlənəcəyini gözləməkdəyik. Ermənistan anlayır ki, müstəqillik bəyannaməsindən ərazi iddiaları çıxarılmasa, Azərbaycan sazişə qol çəkməyəcək. Sadəcə, Paşinyan erməni xalqına bunu həzm etdirmək yolları axtarır. Məncə, referendum olmadan da mümkündür. Çünki qərar parlamentdə qəbul edilib və Paşinyanın deputatları da sayca üstün olduğu üçün həyata keçirə bilər. Şifahi olaraq bəyan olunub ki, Qarabağ Azərbaycana aiddir, Praqada bir sənədə qol da çəkilib, erməni cəmiyyəti də bunu görür. İndi qalır onu öz qanunvericiliyindən ləğv etmək. Zənnimcə, 2025-ci il bu istiqamətdə uğurlu ola bilər. Ermənistanın silahlanmasına gəlincə, 44 günlük məğlubiyyətin travması canlarından çıxmayıb və inanmıram ki, yenidən müharibə etmək istəsinlər. Yeni münaqişə minlərlə ölü erməni hərbçisi deməkdir ki, artıq onu istəmirlər”.
“Yeni Müsavat” 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Dekabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri