Icma.az
close
up
RU
Daşınmaz əmlak sahəsinə diqqət artır: Qarşıdakı illərdə nə baş verə bilər?

Daşınmaz əmlak sahəsinə diqqət artır: Qarşıdakı illərdə nə baş verə bilər?

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2024-cü il Azərbaycanın daşınmaz əmlak sektorunda həm yerli, həm də qlobal amillərin təsiri ilə qiymətlərdə əhəmiyyətli artımlar müşahidə edildi.

İstər Bakının mərkəzindəki yeni tikililər, istərsə də regionlardakı fərdi yaşayış evləri olsun, bahalaşma hər seqmentdə özünü göstərdi.

İqtisadiyyatın dinamik inkişafı, investisiya mühitinin cazibədarlığının artması, Bakının yeni şəhərsalma planları və ipoteka kreditləşməsinin aktivləşdirilməsi bu bahalaşmanın əsas səbəbləri arasında yer alır. Azərbaycanın azad edilmiş ərazilərində iqtisadi fəaliyyətin genişlənməsi də daşınmaz əmlak bazarına mühüm təsir edib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc Banco.az-a verdiyi açıqlamada, 2024-cü ildə mənzil bazarında müşahidə olunan qiymət artımları və prosesin gələcəkdə davam edəcəyinə dair fikirlərini bölüşüb:

“Bu il də əvvəlki illərdə olduğu kimi, əmlakın bütün növlərində bahalaşma ilə qarşılaşdıq. Həm kirayə, həm də alqı-satqı seqmentlərində qiymətlərin artımını müşahidə etdik. Xüsusilə fərdi yaşayış evlərinə maraq artdı. Qonşu ölkədə baş verən zəlzələdən sonra insanların fərdi evlərə baxışında müəyyən dəyişikliklər müşahidə edildi və bu, qiymət artımına səbəb oldu. Eyni zamanda, Azərbaycanın azad olunmuş ərazilərindəki iqtisadi fəaliyyətin stimullaşdırılması və bu bölgələrin investisiya cəlbediciliyinin yüksəlməsi fonunda ölkədə iqtisadi aktivlik artdı. Bütün bu proseslər obyektlərin qiymətlərinə də təsirsiz ötüşmədi.”

Yeni tikililər: Tələbat və qiymət artımı

Yeni tikililərdə qiymət artımının daha nəzərəçarpan olduğunu vurğulayan ekspert qeyd edib ki, bu proses yalnız mənzillərə olan tələbatdan qaynaqlanmır, eyni zamanda daşınmaz əmlakın uzunmüddətli və stabil gəlir mənbəyi kimi qəbul edilməsi ilə bağlıdır:

“Azərbaycan iqtisadiyyatı inkişafda olan bir iqtisadiyyatdır. Bu səbəbdən daşınmaz əmlakın bütün növlərində, o cümlədən fərqli seqmentlərdə qiymət artımı davam edir. İllik artımlar bank əmanətlərinə verilən faiz dərəcələrindən daha yüksəkdir. Bu faktorlar daşınmaz əmlakın ölkəmizdəki əhəmiyyətini daha da artırır. Bakı şəhərinin yeni Baş Planı da qiymət artımını şərtləndirən mühüm amillərdən biridir. Plan çərçivəsində bir çox ərazilərdə söküntü işlərinin aparılması nəzərdə tutulur. Bu, yeni binalar tikilənə qədər kirayə bazarını daha da aktuallaşdırır. Söküntülər nəticəsində kompensasiya alan vətəndaşlar bazarda əlavə tələbat yaradırlar.”

Ən sərfəli kredit üçün müraciət et

Daşınmaz əmlaka yatırımlar çoxalır

Bank əmanətləri ilə müqayisədə daşınmaz əmlaka sərmayə qoyuluşu daha perspektivli hesab edilir. Vüqar Oruc bildirib ki, vətəndaşlar daşınmaz əmlakı təqaüd dövründə stabil gəlir mənbəyi kimi görürlər:

"Vətəndaşlarımız işlədikləri müddətdə topladıqları vəsaitləri daşınmaz əmlaka yönəltməklə daha sabit gəlir əldə edə biləcəklərini düşünürlər. Bu yanaşma, xüsusilə banklarda saxlanılan əmanətlərə verilən faiz gəlirlərindən daha sərfəlidir. Mənzillər yalnız yaşayış məkanı deyil, həm də gələcək üçün sərfəli sərmayə vasitəsi kimi qəbul edilir."

Bakının böyüyən şəhər xəritəsi

Bakının genişlənən şəhər xəritəsi də mənzil bazarına yeni dinamika gətirir. Vüqar Oruc şəhərin ucqar hesab edilən ərazilərinin artıq mərkəzə yaxın yerlər kimi qəbul edilməyə başlandığını vurğulayıb:

“Şəhərin böyüməsi ilə əlaqədar olaraq, əvvəllər şəhərdənkənar sayılan Zabrat, Maştağa kimi ərazilər indi mərkəzə daha yaxın yerlər hesab edilir. Bu da tələbatı ucqarlara yönəldir. İnsanlar mənzil seçərkən daha ucuz, lakin potensial olaraq mərkəzləşəcək ərazilərə üstünlük verirlər. Bu proses həm şəhərsalma prinsiplərinə, həm də iqtisadi mərkəzlərin formalaşmasına təkan verir.”

Son üç il və gələcək perspektv nə vəd edir?

Rusiya-Ukrayna müharibəsi və qlobal iqtisadi proseslər Azərbaycanın daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyib. Vüqar Oruc qeyd edib ki, bəzi ərazilərdə mənzil qiymətləri son üç ildə 70-80% artıb.

“Rusiya-Ukrayna müharibəsinin başladığı dövrdən bu yana bəzi bölgələrdə daşınmaz əmlak qiymətləri 70-80% artıb. Bu, həm qlobal proseslərdən, həm də ölkədaxili sosial-iqtisadi dəyişikliklərdən qaynaqlanır. Bu tendensiya 2025-ci ildə də davam edəcək. Şəhərsalma prinsipləri, demoqrafik dəyişikliklər və daşınmaz əmlakın sərmayə vasitəsi kimi artan cəlbediciliyi qiymətlərin yüksəlməsini şərtləndirir. Əgər hər hansı fövqəladə vəziyyət baş verməzsə, bu artım qarşıdakı illərdə də davam edəcək.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://banco.az
archiveBu xəbər 09 Dekabr 2024 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri