Icma.az
close
up
RU
Daşınmaz əmlak vergisi necə müəyyən edilməlidir?

Daşınmaz əmlak vergisi necə müəyyən edilməlidir?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Son dövrlərdə daşınmaz əmlak vergisinin bazar dəyəri əsasında hesablanması ilə bağlı müxtəlif təkliflər irəli sürülür. Beynəlxalq təcrübəyə istinad edilərək bu yanaşmanın daha ədalətli olduğu vurğulanır. Lakin hər bir ölkənin iqtisadi reallıqları, əhalinin gəlir səviyyəsi və sosial vəziyyəti nəzərə alınmadan xarici modellərin tətbiqinə cəhd göstərilməsi ciddi problemlərə səbəb ola bilər".

"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

O qeyd edib ki, əmlak vergisinin əsas məqsədi yalnız dövlət büdcəsinin gəlirlərini artırmaq deyil, həm də sosial ədalətin qorunmasını və yerli idarəetmənin maliyyə dayanıqlığının təmin edilməsini hədəfləməlidir:

"Bu baxımdan, Azərbaycanda tətbiq ediləcək hər hansı yeni vergi mexanizmi ilk növbədə vətəndaşların maraqlarını nəzərə almalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin instusional, çoxşaxəli, sosial və humanist əsaslara dayanan iqtisadi siyasətinin mahiyyəti də elə bu prinsipdir.

Daşınmaz əmlak vergisinin gələcəkdə daha səmərəli və ədalətli tətbiqi məqsədilə bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi də mühüm məsələlərdən biridir. Dünyanın bir çox ölkəsində əmlak vergisi yerli özünüidarəetmə orqanlarının əsas maliyyə mənbələrindən biri hesab olunur və həmin vəsaitlər birbaşa yerli infrastrukturun, kommunal xidmətlərin və sosial layihələrin maliyyələşdirilməsinə yönəldilir. Azərbaycanda da bələdiyyələrin maliyyə müstəqilliyinin gücləndirilməsi, onların vergi inzibatçılığı sahəsində imkanlarının artırılması yerli idarəetmənin inkişafına əhəmiyyətli töhfə verə bilər".

Onun sözlərinə görə, bununla yanaşı, bazar dəyərinə əsaslanan vergi modelinin tətbiqi üçün zəruri şərtlərdən biri daşınmaz əmlak reyestrinin tam və dəqiq şəkildə formalaşdırılmasıdır: 

"Hazırda ölkədə bütün daşınmaz əmlakların hüquqi statusu, texniki göstəriciləri və real bazar dəyərləri üzrə məlumat bazasının tam şəkildə formalaşdırıldığını söyləmək çətindir.

Reyestr məlumatlarında mövcud olan boşluqlar və qeyri-dəqiqliklər vergi yükünün vətəndaşlar arasında qeyri-bərabər bölüşdürülməsinə səbəb ola bilər. Buna görə də hər hansı genişmiqyaslı dəyişiklik həyata keçirilməzdən əvvəl əmlak reyestrinin təkmilləşdirilməsi, məlumatların tamlığı və şəffaflığının təmin olunması xüsusi əhəmiyyət kəsb edir.

Hazırda ölkəmizdə yüz minlərlə ailənin yeganə yaşayış yeri olan mənzillər və fərdi evlər mövcuddur. Daşınmaz əmlakın bazar qiymətinin artması həmin ailələrin gəlirlərinin də artması demək deyil.

Xüsusilə paytaxt və iri şəhərlərdə yerləşən yaşayış sahələrinin dəyəri son illərdə müxtəlif amillərin təsiri ilə yüksəlmişdir. Lakin əhalinin əməkhaqqı və sosial təminat göstəriciləri eyni sürətlə artmamışdır.

Vətəndaş əmlakın vergisini ödəmək üçün həmin əmlakı satmaq məcburiyyətində qalmış olar. Belə şəraitdə bazar dəyərinə əsaslanan yüksək vergi yükü sosial narazılığın yaranmasına səbəb ola bilər. Boğazdan yuxarı və iqtisadi yükü olmayan təkliflər dövlətimizin iqtisadi təhlükəsizliyini zərbə altına qoya bilər.
Məhz buna görə daşınmaz əmlak vergisinin tətbiqində diferensial və sosial yönümlü yanaşmanın əsas götürülməsi məqsədəuyğun hesab edilməlidir. Məsələn, dəyəri 500 min manata qədər olan yaşayış əmlakları üçün sabit və aşağı məbləğli vergi sistemi müəyyən edilə bilər.

Bu yanaşma orta təbəqənin və aztəminatlı ailələrin əlavə maliyyə yükü ilə üzləşməsinin qarşısını almağa xidmət edər. Bununla yanaşı, yüksək dəyərə malik əmlaklar üzrə fərqli mexanizmin tətbiqi nəzərdən keçirilə bilər. 

Dəyəri 500 min manatdan yuxarı olan yaşayış və kommersiya obyektləri üçün normativ qaydada müəyyən edilmiş faiz dərəcələri əsasında verginin hesablanması daha məqsədəuyğun görünür. Bu halda vergi yükü daha çox maliyyə imkanlarına malik şəxslərin üzərinə düşər və sosial ədalət prinsipi qorunmuş olar".

Vüqar Orucun fikrincə, dünyanın bir çox ölkəsində də məhz bu yanaşmadan istifadə edilir:

"Vergi sistemi vətəndaşları cəzalandırmaq məqsədi daşımamalı, iqtisadi tarazlığın təmin edilməsinə xidmət etməlidir. Əsas məqsəd insanları öz mülkiyyətlərinə görə çətin vəziyyətə salmaq deyil, dövlətin və cəmiyyətin maraqları arasında balansın yaradılmasını təmin etməkdir.Azərbaycanın vergi siyasəti beynəlxalq təcrübədən faydalanmalıdır. Lakin bu təcrübə kor-koranə şəkildə deyil, ölkənin iqtisadi və sosial xüsusiyyətlərinə uyğunlaşdırılaraq tətbiq edilməlidir. Əks təqdirdə, nəzəri baxımdan mükəmməl görünən modellər praktikada vətəndaşların rifahına mənfi təsir göstərə bilər.

Hazırkı mərhələdə əsas müzakirə predmeti verginin necə artırılması deyil, onun necə ədalətli şəkildə bölüşdürülməsi olmalıdır. Ədalətli vergi sistemi isə ilk növbədə orta və aşağı gəlirli vətəndaşların maraqlarını qoruyan, yüksək dəyərli aktivlərə sahib olan şəxslərin isə iqtisadi imkanlarına uyğun məsuliyyət daşımasını təmin edən sistemdir.

Məhz buna görə Azərbaycanda daşınmaz əmlak vergisinin gələcək inkişaf istiqaməti bazar dəyərinin mexaniki tətbiqində deyil, sosial ədaləti, iqtisadi reallıqları və vətəndaş rifahını əsas götürən diferensial modelin formalaşdırılmasında olmalıdır". 

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 May 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri