Icma.az
close
up
RU
Daşkənddə COP29a həsr olunmuş ağacəkmə aksiyası keçirildi FOTO Yeni Çağ Media

Daşkənddə COP29a həsr olunmuş ağacəkmə aksiyası keçirildi FOTO Yeni Çağ Media

Icma.az, Yenicag portalına istinadən məlumatı açıqlayır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə birlikdəAzərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-a həsr edilmiş ağacəkmə aksiyası keçirilib.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzininəməkdaşları, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvləri, universitetin professor-müəllim heyəti, tələbələr iştirak edib.

Sözügedən universitetin birinci prorektoru Vahobjon Rajapov Bakıda keçirilən COP29 haqqında məlumat verərək bu mühüm tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Özbəkistan Ali Məclis Senatının sədri Tənzilə Narbayeva və digər şəxslərin də iştirak etdiyini, Özbəkistan nümayəndə heyətinin COP29 çərçivəsində keçirilən müxtəlif görüşlər keçirdiyini vurğulayıb. O deyib ki, Azərbaycanda keçirilən bu mötəbər tədbirdə qaldırılmış iqlim və ekoloji problemlər Özbəkistan üçün də olduqca aktualdır və bu məsələlərin həlli ilə bağlı Özbəkistan dövləti tərəfindən müvafiq addımlar atılır, proqramlar həyata keçirilir.

Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev bu il Azərbaycanda keçirilən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlər haqqında məlumat verib. Azərbaycan-Özbəkistan münasibətləri haqqında danışan N. Əlimirzəyev deyib ki, Özbəkistan işğaldan azad olunmuş torpaqlarımızda gedən quruculuq işlərində çox yaxından iştirak edir. Özbəkistan Prezidentinin COP29 çərçivəsində Azərbaycana səfəri zamanı Xankəndi şəhərində Özbəkistan dövləti tərəfindən yaradılmış tikiş fabrikinin videobağlantı vasitəsilə açılışı bu görülən işlərin məntiqi davamıdır. İqlim dəyişikliyi və ekoloji problemlərdən əziyyət çəkən ölkələr arasında Özbəkistanın da olduğunu qeyd edən N.Əlimirzəyev təbiətin qorunması və bərpasının vacib addım olduğunu vurğulayaraq bugünki aksiyanın ali tədris ocağında tələbələrin iştirakı ilə həyata keçirilməsində məqsədin gənclər arasında təbiətə sevgini aşılamaq, ekologiyanın qorunması və bərpasında onların yaxından iştirak etmələrini təmin etməkdir. Sözügedən aksiyanın məhz COP29 tədbirinin təşkil edildiyi tarixlərdə həyat keçirilməsinin xüsusi önəm daşıdığını vurğulayan N.Əlimirzəyev bununla bir daha özbək cəmiyyətinin diqqətini ölkəmizdə baş tutan bu mötəbər tədbirə və qlobal ekoloji problemlərə yönəltmək olduğunu qeyd edib.  

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə baş tutan bu ağacəkmə aksiyasına yüksək qiymət verib. O bildirib ki, bu kimi tədbirlər gənc nəslin ətraf mühitin qorunması, təbiəti sevməsi istiqamətində mühüm addımlardan biridir.

Tədbir çərçivəsində ekoloji fəsadlardan irəli gələn iqlim dəyişikliklərini əks etdirən fotolardan ibarət sərgi də nümayiş etdirilib.

Sonra mərkəzin əməkdaşları, universitetin professor-müəllim heyəti və tələbələr ağacəkmə aksiyasında iştirak ediblər.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 20 Noyabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see319

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see189

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see151

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri