Icma.az
close
up
RU
Daşkəsəndə ər arvadına xəsarət yetirdi

Daşkəsəndə ər arvadına xəsarət yetirdi

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Daşkəsən rayonunda 1980-ci il təvəllüdlü Mayıl ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Zəminəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Daşkəsən rayonunun kəndində baş verib. Mayıl həyat yoldaşı Zəminə ilə arasında yaşadıqları evdə mübahisə edib. Mübahisə zamanı Mayıl arvadının sol bud, sol çiyin və sol əl nahiyyələrinə ağac parçası ilə vurub. 
Hadisəni törədən Mayılın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Daşkəsən rayonunun kəndində ailəsi ilə birlikdə qeydiyyatda olmaqla yaşayır: “Barəmdə şikayət edən Zəminə arvadımdır, münasibətim normaldır. Hadisə günü, saat 17 radələrində yaşadığım kənddə yerləşən evimizdə Zəminə ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı yanımızda başqa heç kim olmayıb. Mübahisə təxminən, 3-5 dəqiqə davam etdi. Mübahisə zamanı əsəbiləşdim, yerdə olan ağac parçası ilə onun müxtəlif nahiyyələrinə zərbələr endirdim”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Zəminənin sözlərinə görə, 2000-ci ildə ailə həyatı qurub, iki övladı var: “Ailə qurduqdan sonra Mayıl həmişə mənə xoş münasibət göstərdi. Lakin, hadisə günü, saat 17 radələrində Mayıl heç bir səbəb olmadan mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı yanımızda heç kim olmayıb. Övladımın biri Bakıda, biri isə Gəncə şəhərində olub. Mübahisə təxminən, 5-10 dəqqə davam etdi. Mübahisə zamanı Mayıl ağacla mənim müxtəlif nahiyyələrimə zərbələr endirdi. Xəsarətim olduğu üçün məhkəmə tibbi ekspertizasından keçmək istədim. Ərim barəsində qanuni tədbir görülməsini xahiş etmişəm”.
Bu cinayət işinə Daşkəsən Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mayıl aylıq qazancından dövlət nəfinə 15  faiz məbləğdə pul tutulmaqla 7 ay müddətə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Yanvar 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri