Icma.az
close
up
RU
Daşkəsənə qar yağdı

Daşkəsənə qar yağdı

Daşkəsən rayonuna günorta saatlarından qar yağmağa başlayıb. Hazırda rayon ərazisində qarın yağması və şaxtalı hava şəraiti davam edir.

Gununsesi.info xəbər verir ki, Daşkəsən şəhərində yollarda və səkilərdə, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda mütəmadi olaraq qarın təmizlənməsi işləri aparılır, qum-duz qarışığı səpilir.

Elektrik enerjisinin, qaz təchizatının və içməli suyun verilişində fasilə yaranmayıb.

Rayonun bütün idarə, müəssisə və xidmət sahələri işlərini hava şəraitinə uyğun qurub.

Gununsesi.info

seeBaxış sayı:36
embedMənbə:https://www.gununsesi.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri