Daşqınlar Fransaya milyardlarla avro ziyan vurub VİDEO
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransada 33 gündür davam edən daşqınlar nəticəsində təxminən 110 min hektar ərazi su altında qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "France Info" telekanalı məlumat yayıb.
Təbii fəlakətdən ən çox Qaronna, Luara və Şaranta çaylarının vadilərində yerləşən şəhərlər zərər görüb.
"Hakimiyyət orqanları su basmış bölgələrdən əhalinin təxliyəsini davam etdirir. İndiyədək azı 1 600 sakin evlərini tərk etmək məcburiyyətində qalıb.
Ekspertlər davam edən daşqınların Luara qəsrləri üçün ciddi təhlükə yaradacağından da narahatdırlar" - deyə, xəbərdə bildirilir.
İlkin hesablamalara görə, dəyən ziyanın miqdarı 3 milyard avroya çata bilər.
Yerli qurumların məlumatına görə, pis hava şəraiti yaxın günlərdə də davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 17 Fevral 2026 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















