Icma.az
close
up
RU
Davam edir OTUZ SƏKKİZ: Ukraynanın yekun taleyi və yaxud Putinin AMBİSİYALARI Rəfi Müslümov yazır

Davam edir OTUZ SƏKKİZ: Ukraynanın yekun taleyi və yaxud Putinin AMBİSİYALARI Rəfi Müslümov yazır

Icma.az, Yenicag saytına istinadən bildirir.

1933-cü ildə nasistlərin Almaniyada hakimiyyətə gəlməsi və Adolf Hitlerin genişlənmə siyasəti dünya tarixinə qaranlıq bir dövr kimi həkk olundu. 1938-ci ildə Avstriyanın ilhaqı və Çexoslovakiyanın Sudet bölgəsinin Üçüncü Reyxə birləşdirilməsi beynəlxalq güclərin neytrallıq siyasətinin uğursuz nəticəsi kimi tarixdə iz buraxdı.

Avropa dövlətləri Birinci Dünya müharibəsinin təkrarlanmaması üçün bu güzəştlərə razı oldular, lakin 1939-cu ildə Polşaya edilən hücum bu siyasətin iflasa uğradığını sübut etdi. Hitler üçün isə “Lebensraum” (yaşayış məkanı – red.) ideologiyası sadəcə bir məqsəd deyil, bütöv bir imperialist ekspansiya planı idi.

Bu gün də bənzər bir hadisə Ukraynada baş verir. Rusiya prezidenti Vladimir Putin Ukraynanın Vladimir Lenin və İosif Stalinin ideyası olduğunu iddia edir və bununla Ukraynanın tarixi varlığını şübhə altına almağa çalışır. Doğrudur, Ukraynanın indiki sərhədləri müəyyən qədər sovet dövrünün təsiri ilə formalaşıb, lakin Ukraynanın dövlətçilik ənənələri və milli kimliyi tarixi proseslərin tərkib hissəsidir. Rus dövlətinin köklərinin Kiyevdən başlandığını qəbul etmək isə əslində, Kremlin Ukrayna üzərindəki iddialarına ziddir.

Onsuz da beynəlxalq münasibətlər sistemində Rusiyanın ekspansionist siyasətinə qarşı atılan addımlar əksər hallarda yetərsiz qalır. Qərb dövlətləri sanksiyalar və diplomatik təzyiqlər vasitəsilə Moskvanı cilovlamağa çalışsa da, bu tədbirlər Kreml üçün əhəmiyyətli maneə yaratmır, hətta yaratmadı desək, yanılmarıq. Əksinə, iqtisadi izolyasiya və siyasi basqılar Putinin daxili auditoriyada daha radikal mövqe sərgiləməsinə səbəb oldu. Rusiya hökuməti uzun illərdir ki, “milli təhlükəsizlik” adı altında qonşu ölkələrə təzyiq göstərir və keçmiş sovet məkanını öz nüfuz dairəsində saxlamaq istəyir.

ABŞ prezidenti Donald Trampın yeni dünya nizamı yaratmaq cəhdləri və Ukrayna məsələsindəki qeyri-müəyyən siyasəti isə bu məsələdə vəziyyəti daha da gərginləşdirir. Ukraynanın əraziləri hesabına Ukraynasız Rusiya ilə danışıqlar aparmaq sadəcə Kremlin aqressiv ambisiyalarını gücləndirəcək və Putinin gələcəkdə yeni ərazilər işğal etməsinə zəmin yaradacaq. Bu, İkinci Dünya müharibəsindən sonra ABŞ tərəfindən yaradılan beynəlxalq nizamın məhvinə qarşı qurulan bir çağırışdır.

Tarix göstərir ki, aqressor rejimlər güzəştə getməkdən anlayış çıxarmır, əksinə, daha böyük iddialarla çıxış edirlər. Necə ki, 1938-ci ildəki Münhen sazişi Avropanı fəlakətə sürüklədisə, bu gün də Ukrayna məsələsində atılacaq yanlış addımlar qlobal təhlükəsizliyə ciddi zərbə vuracaq. Odur ki, NATO və Avropa İttifaqı üzvləri açıq şəkildə Kremlin təhdidlərinə qarşı vahid mövqedən çıxış etməli, Ukraynaya hərbi, iqtisadi və diplomatik dəstəyini artırmalıdırlar. Əks halda, Rusiya imperializmi yalnız Ukrayna ilə kifayətlənməyəcək, Baltikyanı ölkələr, Moldova və digər keçmiş sovet respublikaları da növbəti hədəfə çevrilə bilər.

Bugünkü dünya liderləri tarixin dərslərini unutmamalı və Putinin ekspansionist siyasətinin qarşısını almaq üçün qətiyyətli addımlar atmalıdırlar. Çünki zəiflik göstərmək yeni münaqişələrə qapı açmaq deməkdir. Bugünkü Ukrayna müharibəsi təkcə bir dövlətin taleyi deyil, həm də beynəlxalq sistemin davamlılığı üçün kritik sınaqdır.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 18 Fevral 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri