Icma.az
close
up
RU
Davamlı müharibələr, tapılmayan həll yolu və yeni dünya düzəni: BMT nin gələcəyi sual altındadır

Davamlı müharibələr, tapılmayan həll yolu və yeni dünya düzəni: BMT nin gələcəyi sual altındadır

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Son illər dünyada qarşısıalınmaz geosiyasi gərginliklər fonunda beynəlxalq hüququn pozulması və buna məsuliyyət daşıyan təşkilatların isə işləkliyini itirməsi əsas problemlərdən biridir. Bu istiqamətdə əsas müzakirə mövzusu Birləşmiş Millətlər Təşkilatının mövcud vəziyyəti, yəni əvvəlki kimi proseslərə müdaxilə edə bilməməsi ilə bağlıdır. Bu isə BMT-nin gələcəyi və alternativləri ilə bağlı bir sıra suallar yaradır. Məsələni təhlil etmək üçün BMT-nin yaranma səbəbləri, istiqaməti və fəaliyyətinə nəzər salaq.

BMT-nin yaranma prosesi

Birləşmiş Millətlər Təşkilatının qurulmasının əsas səbəbi İkinci Dünya müharibəsindən sonra dünyada sülhü və təhlükəsizliyi təmin etmək, beynəlxalq əməkdaşlığı gücləndirmək idi. 1941-ci ilin avqustunda ABŞ prezidenti Franklin Ruzvelt və Böyük Britaniyanın baş naziri Uinston Çörçill arasında Atlantik xartiyası imzalandı. Xartiyanın tərəfdarları 1942-ci ilin 1 yanvarında Birləşmiş Millətlər Təşkilatının Bəyannaməsini imzaladılar və 26 ölkə İkinci Dünya müharibəsinə qarşı birləşərək BMT ideyasını dəstəklədi. 1944-cü ildə isə ABŞ, Böyük Britaniya, SSRİ və Çin nümayəndələri Dumbarton Oaks Konfransında təşkilatın əsas strukturunu müzakirə etdilər. Nəhayət, 1945-ci il 26 iyunda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi BMT-nin nizamnaməsini imzaladı və 1945-ci ilin 24 oktyabrında təşkilat rəsmən fəaliyyətə başladı.

Təşkilat hansı zərurətdən meydana gəldi?

BMT Millətlər Liqasının yerinə yaradılıb. Millətlər Liqası isə 1919-cu ildə Paris Sülh Konfransının yığıncağında beynəlxalq sülhü və etibarlılığı təmin və davam etdirmək üçün yaradılmışdı. Məhz Birləşmiş Millətlər Təşkilatının təməli sayılan bu institutun əsas məqsədi Birinci Dünya müharibəsindən sonra beynəlxalq sülhü qorumaq və münaqişələrin diplomatik yollarla həllini təmin etmək idi. Lakin cəmiyyət 26 il fəaliyyət göstərməsinə baxmayaraq, yol verilən səhvlər ucbatından 1946-cı ildə keçirilən son toplantısında fəaliyyətini rəsmən dayandırdığını elan etdi. Təşkilatın uğursuzluğunun səbəbləri kimi daha çox Amerika Birləşmiş Ştatlarının cəmiyyətdən ayrılması ilə beynəlxalq gücünün itirilməsi və fəaliyyətinin təsirsizliyi, İkinci Dünya müharibəsinin qarşısını ala bilməməsi, güclü sanksiya və müdaxilə mexanizmlərinin olmaması göstərildi. Bu baxımdan, İkinci Dünya müharibəsindən sonra BMT daha güclü və effektiv bir qurum kimi meydana çıxdı.

Bəs BMT hansı uğurlarla yadda qalıb?

BMT müxtəlif sülhməramlı missiyalarla münaqişələrin qarşısını almağa və sülh yaratmağa çalışıb. Təşkilatın təşəbbüsü ilə 1948-ci ildə İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə qəbul edilib. Bundan əlavə, Uşaq Fondu (UNICEF), Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), Ümumdünya Səhiyyə Təşkilatı (WHO), Qaçqınlar üzrə Ali Komissarlıq (UNCHR) kimi qurumlar mühüm işlər görüb.

Həmçinin, təşkilat yoxsulluq və təbii fəlakətlər zamanı zərərçəkənlərə yardımlar göstərib. Bununla yanaşı, BMT-nin təşəbbüsü ilə 2015-ci ildə İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına əsasən, atmosferdəki karbon-dioksidin azaldılmasına dair tədbirləri tənzimləyən Paris Razılaşması əldə edilib. Qeyd etmək yerinə düşər ki, Paris Razılaşmasının uzun illər həllini gözləyən 6-cı maddəsi məhz ötən il Azərbaycanda keçirilən COP29-un bağlanış plenar iclasında tam təsdiqlənib. Bu, iqlim diplomatiyasında ən mürəkkəb və texniki məsələlərdən birinin həlli kimi yadda qaldı.

BMT-nin uğursuzluqları və tənqidlər

BMT humanitar məsələlərdə effektiv olsa da, bəzi münaqişələrin həllində analoji addımlarla yadda qalmayıb. Məsələn, BMT Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən çıxması ilə bağlı dörd qətnamə qəbul etsə də, bu, elə qəbuldan başqa bir işə yaramayıb. Azərbaycan torpaqlarını yalnız öz gücünə işğaldan azad edərək ədaləti bərpa edib. Təşkilat bununla yanaşı, Ruanda soyqırımının, ərəb ölkələrində başlayan inqilabların, xüsusən də Suriyadakı hadisələrin, Rusiya-Ukrayna müharibəsinin, Fələstin-İsrail münaqişəsi fonunda Qəzza hadisələrin qarşısını almaqda heç bir səmərəli fəaliyyət ortaya qoymayıb. Həmçinin bəzi böyük ölkələr Paris İqlim Sazişi kimi qərarlara tam əməl etməyib və BMT onları buna da məcbur edə bilməyib.

Lakin BMT-nin ən böyük problemlərindən biri, əslində, səmərəliliyini azaldan əsas maneə Təhlükəsizlik Şurasının qeyri-demokratik olmasıdır. Bu Şuranın veto hüququ olan beş daimi üzvü (ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya) istənilən qərarı bloklaya bilir. Bu isə haqlı olaraq BMT-nin hüququn gücü ilə deyil, gücün hüququ ilə işlədiyini ortaya çıxarıb. Məsələn, Rusiya-Ukrayna müharibəsində BMT sülhlə bağlı ona görə ciddi addımlar ata bilməyib ki, Təhlükəsizlik Şurasının daimi üzvü Rusiya veto hüququndan istifadə edərək əleyhinə olan bütün qərarların qarşısını alıb. Qəzza hadisələri ilə bağlı da İsrailin əleyhinə olan qətnamələrə məhz ABŞ veto qoyub. Nəticədə BMT dünyada sülh və əməkdaşlıq üçün vacib bir platforma olsa da, bütün problemləri həll edə bilməməsi, bir çox ölkələrin artıq təşkilatın qərarlarına məhəl qoymaması onun gələcəyini sual altına alıb.

Bəs bütün bunlara rəğmən, BMT nə üçün hələ də vacibdir?

BMT beynəlxalq diplomatiya və humanitar yardımlar sahəsində hələ də əsas oyunçulardan biridir. Əgər Təhlükəsizlik Şurasında islahatlar aparılsa və BMT-yə daha çox səlahiyyət verilsə, onun effektivliyi arta bilər. Lakin hazırkı vəziyyətdə təşkilat çox məhdud təsir gücünə malikdir. Bu baxımdan, BMT-nin tamamilə ləğv edilməsi çətin və az ehtimal olunan bir ssenaridir. Üstəlik, BMT-nin ləğvi üçün bütün üzv dövlətlər razılığa gəlməlidir. Lakin ABŞ, Çin, Rusiya, Fransa və Böyük Britaniya BMT-də əsas gücdür və bu platformanı öz maraqları naminə itirmək istəməzlər. Amma qlobal səviyyədə əməkdaşlıq üçün qurumda islahatlar aparılsa, yəni yeni daimi üzvlər əlavə edilsə və ya veto hüququ məhdudlaşdırılsa, bürokratiya azaldılsa, sülhməramlı missiyalar gücləndirilsə, eləcə də regional təşkilatların rolu artsa, daha effektiv olar. Əks halda, BMT-nin nüfuzunun və rolunun zamanla azalması istisna deyil.

BMT-nin ləğvi beynəlxalq sistemdə hansı alternativləri ortaya çıxa bilər?

BMT ləğv edilsə və ya təsirini tamamilə itirsə, beynəlxalq münasibətlərdə boşluq yaranacaq və bu boşluğu regional təşkilatlar doldura bilər. Məsələn, Avropa İttifaqı, Afrika Birliyi, Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası, NATO, Şanxay Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı yerləşdikləri coğrafiyalarda daha müstəqil, qlobal miqyasda aktiv güc kimi önə çıxa bilərlər.

Yeni qlobal təşkilatın yaradılması nə qədər realdır?

BMT-nin yerini doldurmaq üçün yeni beynəlxalq model - mövcud problemləri aradan qaldırmaq üçün təhlükəsizlik şurasının veto hüququ olmayan daha demokratik və ədalətli bir təşkilat da yaradıla bilər. Lakin BMT tamamilə dağılarsa və yeni bir qurum yaranmazsa, dünyanın çoxqütblü sistemə keçməsi əsas gözləntidir. Bu halda isə yuxarıda sadaladığımız ehtimallar reallığa çevriləcək, yəni yeni dünya düzəni formalaşacaq. Əslində isə bu prosesə artıq start verilib. Bu baxımdan, fikrimizi Prezident İlham Əliyevin bu ilin 7 yanvarında yerli televiziya kanallarına müsahibəsində yeni dünya nizamı ilə bağlı səsləndirdiyi fikirlərlə yekunlaşdırmaq daha məntiqli olar:

"Əslində, biz bu prosesin fəal iştirakçısı olmalıyıq. Biz, sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik. Biz öz işimizi görməliyik və gündəliyimizi bundan sonra da tətbiq etməliyik. Çünki Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, əlbəttə ki, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə yeni nizamı biz ədalətli nizam kimi görürük. Əgər bunu bir sözlə ifadə etmək mümkündürsə, bu, ədalətli olmalıdır və əslində, Azərbaycanın uzun illər apardığı siyasətə də uyğundur".

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Mart 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 ci ildönümü ilə əlaqədar “Sən elə bir zirvəsən” adlı konsert proqramı keçirilir

07 May 2025 20:28see221

Çoxları bizə inanmırdı Əşrəf Hakimi

08 May 2025 01:38see138

Yaponiya klubu Bakıya gəlir

07 May 2025 14:16see133

Yalnız bu şərtlə Paşinyanın növbəti seçkilərdə qələbə əldə etməsi mümkündür

07 May 2025 15:08see132

Meyvə və tərəvəzlərdə olan gizli təhlükə...

08 May 2025 21:07see129

“İnter”in tarixində 7 ci final

07 May 2025 08:55see127

Türkiyədə yaşayan azərbaycanlı aktrisadan eyvanda açıq saçıq FOTOSESSİYA

08 May 2025 02:02see126

Malları sərnişinlərə paylayıb gömrükdən keçirdi

07 May 2025 17:28see126

Selin Dion 37 ildən sonra Avroviziya da səhnə ala bilər

07 May 2025 13:11see125

Qazaxıstanda paradı çəkən qadına dron xəbərdarlıq etdi: Pəncərədən uzaqlaşın

08 May 2025 03:14see124

Türkiyədə zəlzələ oldu

07 May 2025 09:41see124

Alimlər fiziki ölümdən sonra insanı nələrin gözlədiyini müəyyən edib

07 May 2025 17:21see124

ABL: Neftçi yenidən Sabah la qarşılaşacaq

08 May 2025 09:22see123

Daha bir hava XƏBƏRDARLIĞI Leysan yağacaq, sel keçəcək

07 May 2025 16:18see120

ABŞ Qrenlandiya ilə bağlı kəşfiyyat məlumatlarının toplanmasını gücləndirir

07 May 2025 06:18see120

Toy üstündə dava: Gitaraçı müğənnini BIÇAQLADI

07 May 2025 09:42see119

Real Barselona dan nəyin qisasını almaq istəyir?

07 May 2025 17:18see118

Analitik: Rusiya Paşinyanı devirməkdə maraqlıdır

07 May 2025 08:48see117

Paraüzgüçümüz şəxsi rekordunu yeniləyib

07 May 2025 14:37see116

Terroru maliyyələşdirməkdə təqsirləndirilən şəxs: 30 min dolların yığılmasına dəstək göstərmişəm

07 May 2025 09:10see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri