David Lordkipanidze: Bolnisidə Azərbaycan Xalq rəssamının sərgisinin açılışının böyük maarifləndirici əhəmiyyəti var
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tbilisi, 5 noyabr, AZƏRTAC
Azərbaycanın Xalq rəssamı Arif Hüseynov görkəmli incəsənət xadimidir. Gürcüstan Milli Muzeyi olaraq Bolnisidə onun əsərlərinə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir.
Bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze bildirib.
Onun sözlərinə görə, bu bir tərəfdən böyük estetika, incəsənət nümunələri, eyni zamanda da maarifləndirici layihədir. Çoxları üçün bu gün xalçaçılıq yenidən kəşf ediləcək. Xalçanın yaranma tarixi ilə yenidən tanış olacaqlar.
"Bizim üçün böyük şərəfdir ki, Gürcüstan Milli Muzeyi ilə Azərbaycan Milli Xalça Muzeyi arasında memorandum imzaladıq. Azərbaycan Milli Xalça Muzeyi dünyada ən önəmli mədəniyyət qurumlardan biridir. İlk xalça muzeyidir və Gürcüstan Milli Muzeyinin uzunmüddətli partnyor tərəfdaşıdır. Əminəm ki, bizi Azərbaycanda, Gürcüstanda eləcə də başqa ölkələrdə maraqlı layihələr gözləyir",- deyə D.Lordkipanidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 05 Noyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















