Daxili Qoşunlarda dövlət din münasibətlərinin mahiyyətinə dair tədbirlər keçiriləcək
Icma.az bildirir, Report.az saytına əsaslanaraq.
Daxili Qoşunların hərbi hissələrində dövlət-din münasibətlərinin mahiyyətinə dair tədbirlər keçiriləcək.
"Report" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2025-ci il üçün birgə Tədbirlər Planı imzalanıb.
Bildirilib ki, Daxili Qoşunların hərbi hissələrində milli birliyi və həmrəyliyi gücləndirmək, xalqın milli-mənəvi və mədəni dəyərlərinə bağlılığı artırmaq məqsədilə milli-mənəvi dəyərlərin qorunması, dini inancların Azərbaycan xalqının adət-ənənələri ilə ahəngdar şəkildə inkişafı da izah ediləcək.
Eyni zamanda cari il ərzində hərbçilər arasında tolerantlıq və multikultural dəyərlərin təbliği, dinlər, məzhəblər arasında dialoqun əhəmiyyəti, dini radikalizm, ekstremizmin təzahür formaları və təhlükələri, bunlardan qorunma yolları barədə də maarifləndirici tədbirlər təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 13 Fevral 2025 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















