Icma.az
close
up
RU
Dayanacaqlar vahid qurum tərəfindən idarə olunacaq

Dayanacaqlar vahid qurum tərəfindən idarə olunacaq

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avtonəqliyyat vasitələrinə və avtomobil nəqliyyatının infrastruktur obyektlərinə dair ümumi tələblər təkmilləşdirilir. Bununla bağlı “Avtomobil nəqliyyatı haqqında” Qanuna bir sıra dəyişiklik təklif olunur. Layihəyə əsasən, müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsi, onların quraşdırılması, idarə edilməsi və saxlanılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təmin ediləcək.

Nəqliyyat məsələləri eksperti Elməddin Muradlı deyib ki, burada yenilik ümumi istifadədə olan sərnişin nəqliyyatı üçün dayanacaq məntəqələrinin yaradılması, təşkili, idarə edilməsi, saxlanması məsələsinin vahid qurum tərəfindən həyata keçirilməsidir.

Onun sözlərinə görə, qanun qəbul edildikdən sonra bu səlahiyyətlərə yalnız Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) malik olacaq və yerli icra hakimiyyətləri artıq belə bir iş görə bilməyəcəklər:

“Məsələnin əsas mahiyyəti budur. Bu işləri indiyə qədər Bakı şəhərində AYNA, bölgələrdə isə icra hakimiyyətləri həyata keçirirdi. İndi bu proses vahid bir qurum tərəfindən həyata keçiriləcək. Çünki mərkəzləşdirilmiş qaydada icra və nəzarətə həqiqətən ciddi ehtiyac var. Çünki indiyədək vahid və konkret standart olmayıb, kimin ağlına nə gəlibsə, hansı icra başçısı hansı şirkəti və hansı dayanacaq formasını bəyənibsə, onu alıb quraşdırıb. Amma bu vahid standart olmadığına görə baş verən bir mənzərədir. Qanun qəbul olunandan sonra bu neqativ vəziyyəti aradan qaldırmaq lazımdır”.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 17-də keçirilən iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.(iqtisadiyyat.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Sentyabr 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri