Icma.az
close
up
RU
Dayçın debütü uğurlu alındı

Dayçın debütü uğurlu alındı

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oktyabrın 23-də Avropa Liqasının (AL) əsas mərhələsində 3-cü turun oyunları keçirildi. Cümə axşamı 18 oyunun həyəcanı yaşandı.

"Football-plus.az" xəbər verir ki, AL-in yeni mövsümünün ilk iki turu 7 komanda üçün əla alınmışdı. Hər iki oyunda qalib gələn “Dinamo” (Zaqreb), “Midtüllann”, “Aston Villa”, “Braqa”, “Lion”, “Lill” və “Portu” turnir cədvəlində şərikli liderliyə nail olmuşdular. 3-cü turda bu klublardan üçü qələbə seriyasını davam etdirə bildi. “Dinamo”, “Aston Villa”, “Lill” və “Portu” ilk dəfə budrədi. “Midtüllann”, “Braqa” və “Lion” isə növbəti oyunlarını da qalib başa vuraraq şərikli liderliklərini davam etdirdilər.
“Midtüllann” topların daha yaxşı fərqinə (+6) əsasən 1-ci yerin sahibidi. Danimarka klubu cümə axşamı məlum səbəbdən neytral meydanda - Serbiyanın Baçka Topola şəhərində keçirilən oyunda “Makkabi”ni (Təl-Əviv) 3:0 hesabıyla məğlub etdi.
“Braqa” Portuqaliyada “Srvena Zvezda”ya, “Lion” isə Fransada “Bazel”ə 2:0 hesabı ilə qalib gələrək uğurlu seriyanı davam etdirdilər.
Turun diqqəti daha çox cəlb edən nəticələri sırasında “Aston Villa”nın “Qou Ehed İqls”ə uduzmasını ilk növbədə qeyd edək. Turnirin favoritlərinin siyahısında göstərilən İngiltərə klubu Niderlandda hesabı erkən açsa da, hər hissədə bir qol buraxaraq uduzdu. Qonaqların yarımmüdafiəçisi Buendiyanın 79-cu dəqiqədə penaltidən yararlana bilməməsi ev sahiblərinin 2:1 hesablı qələbəsinə şərait yaratdı.
İngiltərənin turnirdəki digər təmsilçisi “Nottingem Forest” isə turu uğurlu nəticə ilə başa vurdu. Xatırladaq ki, 2-ci turda öz meydanında “Midtüllann”a uduzan (2:3) komandanın çalışdırıcısı Angelos Postekoğlu son 100 ildə nottingemlilərin başında ilk 6 rəsmi oyunda qələbə qazana bilməyən ilk məşqçi kimi tarixə düşmüşdü. Çox keçmədən istefaya göndərilən avstraliyalının yerini tutan Şon Dayçın yeni komandasındakı debütü uğurlu alındı: “Nottingem Forest”evdə “Portu”ya bu mövsüm bütün turnirlərdə ilk məğlubiyyətin (0:2) acısını yaşatdı.
“Portu” kimi AL-in liqa mərhələsinə ardıcıl iki qələbə ilə başlayan “Lill” də büdrədi. Fransa komandası evdə turun ən məhsuldar oyununda PAOK-a 3:4 hesabıyla məğlub oldu. İlk iki turda maksimum nəticə göstərən “Dinamo” (Zaqreb) isə İsveçdə “Malmö”yə məğlubiyyətdən son saniyələrdə qaça bildi - 1:1.
“Roma”nın növbəti uğursuzluğu da vurğulanmalıdı. İlk turda Fransada “Nitsa”nı 2:1 hesabıyla məğlub etməklə AL-də (UEFA Kubokunda) qələbələrinin sayını 98-ə çatdıraraq yeni rekord müəyyənləşdirən paytaxt komandası növbəti oyunda evdə “Lill”dən bir top buraxmaqla avrokuboklarda 36 ildən sonra mövsümün ilk ev oyununda məğlub olmuşdu. Can Pyero Qasperininin komandası bu dəfə İtaliyanın paytaxtında “Viktoriya”ya (Plzen) 1:2 hesabıyla uduzdu. “Roma”nın 2011-ci ildən sonra ilk dəfə bütün turnirlərdə evdə ardıcıl 3 oyunda məğlub olduğunu da qeyd edək.
Digər matçlara gəlincə, “Utrext”i 2:0 hesabıyla məğlub etməsi “Frayburq” üçün əlamətdar oldu. Belə ki, “ağ-qaralar” AL-də ardıcıl 6 ev oyununda qalib gəlməklə Almaniya klubları üçün rekord müəyyən etdilər.
3-cü turun yalnız bir oyununda qol qeydə alınmadı: “Genk” – “Betis” dueli başladığı hesabla sona çatdı. Xatırladaq ki, bundan əvvəl 1-ci turun
PAOK – “Makkabi” (Təl-Əviv) matçında qapılara qol vurulmamışdı.
Hesabat turunda “Feyenoord” və “Malmö” ilk xallarını qazandılar. 4 komanda - “Nitsa”, “Reyncers”, “Utrext” və “Zaltsburq” isə bütün oyunlarını məğlub başa vurublar.
liqa mərhələsi, 3-cü tur
Lion (Fransa) - Bazel (İsveçrə) 2:0

Tolisso, 3. Moreyra, 90.
Lion: Qreyf, Meytlend-Nayls (Klyuvert, 72), Nyakate, Mata, Abner Vinisius, Tolisso (Şults, 79), Tessman (Morton, 46), De Karvalyo, Mera (Moreyra, 79), Fofana (Karabets, 72), Satriano.
Roma (İtaliya) - Viktoriya (Plzen, Çexiya) 1:2
Dibala, 54-p. – Adu, 20. Suare, 22.
Roma: Svilar, Ermoso, Mançini, Çelik (Beyli, 67), Uesli Fransa, Zelkovski (Əl-Şaaravi, 30), Əl-Aynaui, Kone (Pizilli, 46), Dibala, Sule (Ndika, 74), Dovbik (E.Ferqyuson, 74).
Frayburq (Almaniya) - Utrext (Niderland) 2:0
Sudzuki, 20. Qrifo, 45.
Frayburq: Atubolu, Ginter, Troy, Linxart, Günter, Eqqeştayn, Beste (Dinkçi, 52), Sudzuki (Rozenfelder, 75), Manzambi (Höfler, 66), Qrifo (Şerhant, 71), Adamu (Matanoviç, 66).
Selta (İspaniya) - Nitsa (Fransa) 2:1
Aspas, 2. Opponq, 75-öz qapısına – Şo, 16.
Selta: Radu, Alonso, Starfelt, Manu Fernandes, Karreyra (Minqesa, 71), Beltran (Sotelo, 71), Roman, Alvares (İqlesias, 46), Aspas, P.Duran (Rueda, 66), Saraqosa (Servi, 78).
Qou Ehed İqls (Niderland) - Aston Villa (İngiltərə) 2:1
Süre, 42. Deyl, 61 – Qessan, 4.
Aston Villa: E.Martines, Maatsen, Pau Torres, Minqs, Lindelöf (Rocers, 66), Boqard (Makqinn, 76), Onana (Keş, 66), Sanço (Kamara, 66), Buendiya, Uotkins (Malen, 66), Qessan.
Lill (Fransa) - PAOK (Yunanıstan) 3:4
Andre, 57. İqman, 68; 78 – Meyte, 18. Jivkoviç, 23; 74. Konstantelias, 42.
Lill: Özər, Verdonk, Tyaqo Santuş (Menye, 46), Mandi, Nqoy (Mbemba, 46), Andre, Raquber (Buaddi, 61), Korreya (Jiru, 61), Sahraui (Haraldsson, 88), Fernandes-Pardo, İqman.
Genk (Belçika) - Betis (İspaniya) 0:0
Betis: Valyes, Rodriges, Qomes, Bartra, Ruibal, Deossa (Fornals, 63), Lo Çelso (Avila, 77), Altimira, Rikelme (Ezzalzuli, 63), Bakambyu (Ernandes, 77), Antoni (Pablo Qarsiya, 46).
Nottingem Forest (İngiltərə) - Portu (Portuqaliya) 2:0
Gibs-Uayt, 19-p. İqor Jezus, 77-p.
Nottingem Forest: Sels, N.Uilyams, Milenkoviç, Murilyo, Zinçenko (Savona, 45+1), E.Anderson (İ.Sanqare, 90+3), Duqlas Luis (Yeyts, 85), Gibbs-Uayt, Hadson-Odoi, İqor Jezus, Ndoy.
FKSB (Rumıniya) - Bolonya (İtaliya) 1:2
Bırlica, 54 - Odqor, 9. Dallinqa, 12.
Bolonya: Skorupski, Likoyannis, Heggem (Vitik, 46) Lukumi, Zortea (Holm, 67), Fröyler, Rou (Kambyaqi, 46), Moro (L.Ferqyuson, 77), Odqor, Orsolini (Bernardeski, 85), Dallinqa.
Zaltsburq (Avstriya) - Ferentsvaroş (Macarıstan) 2:3
Baydu, 13. Vertessen, 72 - B.Varqa, 50. Zahariassen, 56. Yusuf, 58.
Fənərbaxça (Türkiyə) - Ştutqart (Almaniya) 1:0
Aktürkoğlu, 34-p.
Braqa (Portuqaliya) - Srvena Zvezda (Serbiya) 2:0
Navarro, 22. Dorjeles, 72.
Brann (Norveç) - Reyncers (Şotlandiya) 3:0
Kornviq, 40. Serensen, 55. Holm, 79.
Feyenoord (Niderland) - Panatinaikos (Yunanıstan) 3:1
Rid, 45+3. Hac-Mussa, 54. Lerin, 90 - Sviderski, 18.
Yanq Boyz (İsveçrə) - Ludoqorets (Bolqarıstan) 3:2
Ravelusun, 45. Fassnaxt, 53. Bediya, 63-p. – Staniç, 26. İ.Yordanov, 90+2.
Seltik (Şotlandiya) - Şturm (Avstriya) 2:1
Skeyls, 61. Nüqren, 64 – Horvat, 15.
Makkabi (Təl-Əviv, İsrail) - Midtüllann (Danimarka) 0:3
Cu, 44; 84. Billinq, 71.
Malmö (İsveç) - Dinamo (Xorvatiya) 1:1
Levitski, 45+1 – Varela, 90+6.
1. Midtüllann 3 3 0 0 8-2 9
2. Braqa 3 3 0 0 5-0 9
3. Lion 3 3 0 0 5-0 9
4. Dinamo 3 2 1 0 7-3 7
5. Viktoriya P 3 2 1 0 6-2 7
6. Frayburq 3 2 1 0 5-2 7
7. Ferentsvaroş 3 2 1 0 5-3 7
8. Brann 3 2 0 1 5-2 6
9. Selta 3 2 0 1 6-4 6
10. Aston Villa 3 2 0 1 4-2 6
11. Lill 3 2 0 1 6-5 6
12. Qou Ehed İqls 3 2 0 1 4-3 6
13. Yanq Boyz 3 2 0 1 6-6 6
14. Fənərbaxça 3 2 0 1 4-4 6
15. Portu 3 2 0 1 3-3 6
16. Betis 3 1 2 0 4-2 5
17. Nottingem Forest 3 1 1 1 6-5 4
18. Bolonya 3 1 1 1 3-3 4
19. Genk 3 1 1 1 1-1 4
20. PAOK 3 1 1 1 5-6 4
21. Seltik 3 1 1 1 3-4 4
22. Panatinaikos 3 1 0 2 6-6 3
23. Roma 3 1 0 2 3-4 3
24. Bazel 3 1 0 2 3-4 3
25. Feyenoord 3 1 0 2 3-4 3
26. Ludoqorets 3 1 0 2 4-6 3
27. Şturm 3 1 0 2 3-5 3
28. FKSB 3 1 0 2 2-4 3
29. Ştutqart 3 1 0 2 2-4 3
30. Srvena Zvezda 3 0 1 2 2-5 1
31. Malmö 3 0 1 2 2-6 1
32. Makkabi T-Ə 3 0 1 2 1-6 1
33. Nitsa 3 0 0 3 3-6 0
34. Zaltsburq 3 0 0 3 2-6 0
35. Utrext 3 0 0 3 0-4 0
36. Reyncers 3 0 0 3 1-6 0
Bombardirlər: Aktürkoğlu (Fənərbaxça), Sviderski, Zaruri (hər ikisi “Panatinaikos”), İqman (Lill), İqor Jezus (Nottingem Forest) - 3.
Növbəti turun oyunları noyabrın 6-da keçiriləcək: Zaltsburq – Qou Ehed İqls, Bazel – FKSB, Midtüllann – Seltik, Utrext – Portu, Srvena Zvezda – Lill, Dinamo – Selta, Malmö – Panatinaikos, Nitsa – Frayburq, Şturm – Nottingem Forest, Aston Villa – Makkabi T-Ə, Bolonya – Brann, Viktoriya P - Fənərbaxça, Ferentsvaroş – Ludoqorets, PAOK – Yanq Boyz, Reyncers – Roma, Betis – Lion, Braqa – Genk, Ştutqart – Feyenoord.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see346

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see289

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see258

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see217

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see212

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see205

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see204

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see199

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see197

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see188

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see186

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see180

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see180

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see178

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see169

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see163

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see158

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see155

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see154

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri