Dayısının 14 yaşlı qızı ilə evlənən şəxsin cəzası...
Icma.az bildirir, Axar.az portalına istinadən.
Astara Rayon Məhkəməsində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmada təqsirləndirilən Namiq Rəfiyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Axar.az Pravda.az-a istinadən xəbər verir ki, hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Rəfiyevə şərti cəza verilib.
İttihama görə, hadisə 30 yanvar 2024-cü il tarixdə Astara rayonunun kəndlərindən birində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Namiq Rəfiyev dayısı qızı, 14 yaşlı Səma Məmmədovanı (şərti) onun razılığı ilə evlənmək məqsədi ilə yaşadığı evə aparıb və ər-arvad kimi yaşayıb.
Hadisədən sonra Namiq Rəfiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Baxış sayı:56
Bu xəbər 23 Noyabr 2024 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















