Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Deputat antimilli ünsürlərdən DANIŞDI: Bu şəxslər... CƏZALARI BELƏ OLACAQ

Deputat antimilli ünsürlərdən DANIŞDI: Bu şəxslər... CƏZALARI BELƏ OLACAQ

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son dövrlərdə xaricdə mühacir kimi yerləşərək Azərbaycana qarşı informasiya savaşı aparan və milli dəyərlərə düşünülmüş surətdə hücum edən blogerlərlə bağlı müvafiq addımlar atılır. Azərbaycan hüquq-mühafizə orqanları bu antimilli layihəni tamamilə aradan qaldırmaq üçün ciddi işlərə başlayıblar və həmin şəxslərin ölkəyə gətirilməsi istiqamətində prosedurlar hazırlanır.

Qeyd olunur ki, bu şəxslərin Azərbaycana gətirilməsi üçün Avropanın hüquq sisteminə uyğun hüquqi prosedurlar tamamlanır. 2018–2020-ci illərdə də bu şəxslər cinayət əməllərinə görə beynəlxalq axtarışa verilmişdi, lakin o zaman Avropa ölkələrindən müsbət cavab alınmamışdı. Hazırda isə hüquqi boşluqların aradan qaldırılması ilə proses tam şəkildə reallaşdırılır.

Hüquqi baxımdan, bu şəxslər Azərbaycanın Cinayət Məcəlləsinin müvafiq maddələri çərçivəsində məsuliyyətə cəlb olunacaqlar. Onları gözləyən potensial cəzalar arasında ictimai əleyhinə çağırışlar, dövlətçiliyin şantaj və təhqir yolu ilə təhdidi, saxta informasiya yaymaq və xalq arasında nifaq salmaq kimi hərəkətlərə görə inzibati və cinayət məsuliyyəti yer alır.

Bu cəzalar qanunun tələblərinə uyğun olaraq həm məhkəmə proseduru, həm də mümkün azadlıqdan məhrumetmə ilə nəticələnə bilər.

Bəs  Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Qurban Məmmədovu Bakıya gəldikdən sonra hansı cəzalar gözləyir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, sözügedən antimilli ünsürləri Bakıya gətiriləndən sonra, sözsüz ki, müəyyən məsuliyyət gözləyir. Bu məsuliyyətin dərəcələri müvafiq orqanlar tərəfindən araşdırılmalıdır. Hüquq-mühafizə orqanları bunun cavabını verə bilər:

"Bizə məlumdur ki,bu şəxslər xaricdə olarkən Azərbaycanın dövlətçiliyinə və insanların mənəviyyatına ciddi ziyan vura biləcək bəyanatlar veriblər. Onlar bir çox hallarda insanları iğtişaşlara səsləyiblər, dövlətçiliyin əleyhinə olan məsul vəzifəli şəxslərin ünvanına təhqiramiz ifadələr işlədiblər və onları şantaj ediblər".

Tahir Rzayev: Bu şəxslər uzun müddət Azərbaycan vətəndaşlarını aldadıb

Onun sözlərinə görə, bütün bunlar məsuliyyət tələb edir və belə insanlar məsuliyyətdən kənarda qala bilməzlər: 

"Hər bir fakt, hadisə reallığa əsaslanmalıdır və bunun əsası olmalıdır ki, məsələ gündəmə gətirilsin. Lakin bu şəxslər uzun müddət Azərbaycan vətəndaşlarını aldadıb, saxta faktlar ortaya qoyublar. Dövlət əleyhinə çağırışlar edib, insanları ləkələməyə çalışıb və Azərbaycanın uğurlarına kölgə salmağa cəhd göstəriblər".

Müsahibimiz bildirib ki, Azərbaycan cəmiyyəti inkişaf edir və ölkədə söz və mətbuat azadlığı mövcuddur. Lakin bu o demək deyil ki, hər kəs bu imkanlardan istifadə edərək digər insanların şəxsiyyətini, ailə üzvlərini və yaxınlarını təhqir edə bilər:

"Bu şəxslər Azərbaycan xalqının və dövlətçiliyimizin əleyhinə bütün xoşagəlməz və çirkin vasitələrdən istifadə ediblər. Ona görə də etdikləri hərəkətlərin cavabını mütləq almalıdırlar və bu, digər insanlar üçün də bir mesaj olmalıdır".

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 Noyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see526

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see250

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see241

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see241

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see230

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see224

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see223

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see205

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see200

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see174

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see172

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see170

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see157

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri