DÇ 2026: Azərbaycan Ukraynla ilə matçda fasiləyə bərabərliklə yollanıb YENİLƏNİR CANLI
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda ilk hissə başa çatıb.
Moderator.az-ın məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda hesab bərabərdir - 1:1.
Matçı avstriyalı baş hakim Sebastyan Qishamer idarə edir.
23:33
DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda hesab bərabərləşib.
Moderator.az-ın məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda yığmamız bərabərlik qolunu vurub -1:1.
45+3-cü dəqiqədə Nəriman Axundzadə "status-kvo"nu bərpa edib.
23:18
DÇ-2026-nın seçmə mərhələsininUkrayna - Azərbaycan oyununda hesab açılıb.
Moderator.az-ın məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda rəqib hesabda irəli çıxıb.
30-cu dəqiqədə Ruslan Malinovski başla dəqiq oynayıb.
22:45
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində IV tur çərçivəsində keçirilən Ukrayna-Azərbaycan oyunu başlayıb.
Moderator.az xəbər verir ki, Polşanın Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.
Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.
Komandalar arasında Bakıda keçirilmiş ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.


