DÇ finalı öncəsi Nyu Yorka rekord axın: 50 min argentinalı şəhərə gəldi
Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünya çempionatının finalında İspaniya ilə qarşılaşacaq Argentina millisini dəstəkləmək üçün təxminən 50 min azarkeş Nyu-Yorka gəlib.
Azarkeşlərin bir hissəsi ABŞ-də yaşasa da, onların hamısı stadiona daxil ola bilməyəcək.
Səbəb isə stadionun tutumunun Nyu-Yorka gələn azarkeşlərin sayından az olmasıdır. Belə ki, finalın keçiriləcəyi “MetLife” stadionu təxminən 82 500 tamaşaçı tutumuna malikdir.
Bildirilib ki, Argentina yığmasının yarımfinalda İngiltərəni məğlub etməsindən sonra minlərlə azarkeş Atlantadan avtomobillə Nyu-Yorka yollanıb. Bu səbəbdən avtomobil icarəsi xidmətlərində maşın çatışmazlığı yaranıb.
Gözlənilir ki, həm şəhərdə, həm də stadionda argentinalı azarkeşlər ispan azarkeşlərdən sayca üstün olacaqlar.
Qeyd edək ki, DÇ-2026-nın finalı iyulun 19-da İspaniya və Argentina yığmaları arasında keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Baxış sayı:147
Bu xəbər 18 İyul 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















