Dəbilqəsiz yola çıxan motosiklet sürücüsü qəza şəraiti yaratdı VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Bakıda qaydaları pozaraq təhlükə yaradan motosiklet sürücüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 19-da, paytaxtın Bünyad Sərdarov küçəsilə Həsən Seyidbəyli küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, 99-C-570 qeydiyyat nişanlı motosikletin sürücüsü sola dönən zaman qəfildən sağ zolağa yerdəyişmə edib. Bu zaman görüntünü qeydə alan avtomobilin qəfildən qarşısına çıxaraq ona təhlükə yaradıb. Daha sonra dönmə işığını sola yanılı saxlayaraq sağ zolaqla hərəkət edib.
Videogörüntüdən də aydın şəkildə görünür ki, sürücü nəqliyyat vasitəsinin hərəkəti zamanı motodəbilqədən istifadə etməyib.
Fərid
Bu mövzuda digər xəbərlər:Gəldiyi sürətlə magistral yola çıxan sürücü qəza şəraiti yaratdı VİDEO
19 Dekabr 2024 13:03
Prospektdə qayda pozan “Chevrolet” sürücüsü qəza şəraiti yaratdı VİDEO
25 Mart 2025 16:13
Düzgün dönə bilməyən Prius sürücüsü qəza şəraiti yaratdı VİDEO
16 May 2025 18:45
Avtobus zolağına girməyən BakuBus sürücüsü qəza şəraiti yaratdı VİDEO
25 Aprel 2025 11:03
Qaydalardan bixəbər taksi sürücüsü yolu kəsib qəza şəraiti yaratdı VİDEO
30 Aprel 2025 14:01
Baxış sayı:122
Bu xəbər 21 İyun 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















