Dedikləri Burak Yılmaza baha başa gəldi: 1 milyonluq cəza
Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən günlərdə "Qaziantep"in baş məşqçisi Burak Yılmaz "Rizespor"a 1:2 məğlub olduqları matçdan sonra mətbuat konfransında Türkiyə futbolunda şok effekti yaradan açıqlamalar vermişdi.
Gənc mütəxəssis hakimlər tərəfindən dəfələrlə haqlarının yeyildiyini, özünün mərc oyunları adıyla şərləndiyini, federasiya prezidentinin və ölkə futbolundakı bir sıra vəzifəli şəxslər tərəfindən "üstündən xətt çəkildiyini" iddia etmişdi.
Federasiya və hakimlər komitəsinin rəhbər şəxslərinin - İbrahim Hacıosmanoğlu, Ferhat Gündoğdunun üstün qüvvələr tərəfindən qorunduğunu bildirən Burak Yılmaz adıçəkilənləri istefaya səsləmişdi.
Apasport.az xəbər verir ki, bütün bu sözlər Burak Yılmaza baha başa gəlib. Belə ki, federasiya ona verilən cəzaları açıqlayıb.
Yılmaz 2 oyunluq cəza, 75 günlük hüquqdan məhrumetməylə yanaşı böyük maddi cəzayla da üzləşib.
Sabiq futbolçu mətbuat konfransında qadağan olunmuş ifadələr səsləndirdiyinə görə nə az, nə çox 1 milyon türk lirəsi məbləğində cərimə olunub.
Bundan əlavə o, idman prinsiplərinə zidd hərəkət etdiyi üçün daha 160 min TL cərimə ödəməli olacaq.
Xatırladaq ki, Burak Yılmaz məlum açıqlamalardan sonra "Qaziantep"in baş məşqçi postundan istefa verdiyini açıqlayıb.
İtaliyalı mütəxəssis Avropa nəhənglərinin hədəfində "Real"ın yeni baş məşqçi namizədi müəyyənləşdi "İnter"in yay arzusu: "KOMO"DAN TRANSFER 42 yaşlı futbolçu karyerasını sonlandırdı Portuqaliya millisinin üzvü "Siti"dən ayrılacaq - MÖVSÜMÜN SONUNDA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 17 Aprel 2026 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















