Icma.az
close
up
RU
Dekolonizasiya və təzminat məsələlərində elmi öhdəliyə dair Bakı Bəyanatı qəbul edilib

Dekolonizasiya və təzminat məsələlərində elmi öhdəliyə dair Bakı Bəyanatı qəbul edilib

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın paytaxtında keçirilən “İmperial quruluş: Kolonial ideologiyalar və reallıqlar arasında” adlı beynəlxalq elmi konfransda Dekolonizasiya və təzminat məsələlərində elmi öhdəliyə dair Bakı Bəyanatı qəbul edilib. SİA Bəyanatı təqdim edir:

“Biz, 2025-ci il iyunun 3-də Bakıda keçirilmiş “İmperial quruluş: Kolonial ideologiyalar və reallıqlar arasında” adlı beynəlxalq elmi konfransında iştirak edən alim və akademiklər olaraq, insan hüquqları, ədalət, dekolonizasiya, elmi azadlıq və həqiqət axtarışına dair qlobal dəyərlərə sadiqliyimizi elmi təşəbbüs və yanaşmalarımız vasitəsilə bir daha bəyan edirik.

Biz kolonializmin müasir cəmiyyətlərdə davam edən irsini nəzərə alaraq, onun ideoloji, siyasi, sosial, mədəni və iqtisadi təsirləri barəsində davamlı şəkildə elmi səviyyədə araşdırmanın vacibliyini qəbul edir və kolonializm anlayışının doğru dərk olunması, dialoqun təşviqi, insan ləyaqətinə və xalqların dekolonizasiya hüququna hörmətin inkişaf etdirilməsində elmi tədqiqat və təhsilin həlledici rolunu vurğulayırıq.

Biz kolonial hakimiyyətin tarixi prosesləri və quruluşlarının qitələrdə dərin, çoxşaxəli təsirlər yaratdığını, lakin bunların çoxunun hələ tam şəkildə həll olunmadığını qəbul edirik. Müxtəlif elmi sahələri, regionları və intellektual ənənələri təmsil edən alimlər olaraq, kolonial irsin tədqiqi zamanı bərabərlik, sülh və doğru səlahiyyətlərin verilməsi istiqamətində fənlərarası əməkdaşlığın və müstəqil araşdırmanın vacibliyini təsdiq edirik.

BMT-nin Afrika mənşəli xalqlar üzrə Daimi Forumu və Afrika əsilli xalqlar üzrə Ekspertlər Qrupunun təşəbbüsü ilə yaradılmış Afrika mənşəli xalqların tədqiqi üzrə Qlobal Şəbəkənin fəaliyyətini yüksək qiymətləndiririk. Bu şəbəkə tədqiqatçılar, hüquq mütəxəssisləri, siyasi ekspertlər, təhsil işçiləri, akademik institutlar, məktəblər və universitetlər arasında əlaqə yaratmaqla, BMT-nin irqçiliklə mübarizə mexanizmlərinə, üzv dövlətlərə, BMT agentliklərinə, vətəndaş cəmiyyətinə, hüquq müdafiəçilərinə və ictimaiyyətə dəstək göstərməyi hədəfləyir.

Bundan əlavə, biz elmi araşdırmalardan tarixən kənarda qalmış icmaların dekolonizasiya və insan hüquqları mövzusundakı müzakirələrə cəlb edildiyi inklüziv elmi platformaların yaradılmasının vacibliyini bir daha vurğulayırıq. Bu yolla sistemli şəkildə ədalətsizliklərin aradan qaldırılmasına və intellektual plüralizmin təşviqinə yönəlmiş qlobal səylərə töhfə vermək istəyirik.

Bu yanaşmanı rəhbər tutaraq və hər hansı hüquqi öhdəlik yaratmadan, biz dekolonizasiya və təzminat məsələlərinə dair gələcək elmi əməkdaşlıq təşəbbüslərini dəstəkləyir və bu istiqamətə töhfə vermək niyyətimizi açıq şəkildə bəyan edirik.

Bu məqsədlə biz, beynəlxalq elmi həmrəyliyi gücləndirmək, tədqiqatçılar arasında əməkdaşlığı genişləndirmək, gənc alimləri dəstəkləmək və dekolonizasiya mövzusunda bilik mübadiləsinə şərait yaratmaq məqsədilə Dekolonizasiya üzrə Beynəlxalq Tədqiqat və Bilik Platformasının yaradılmasında ortaq niyyətimizi bildiririk.

Biz beynəlxalq təşkilatları, hökumətlərarası qurumları, regional institutları və vətəndaş cəmiyyəti nümayəndələrini bu platformaya dəstək verməyə çağırırıq. Belə bir dəstək, sistemli şəkildə ədalətsizliklərin aradan qaldırılması, təzminatların verilməsi, dayanıqlı inkişaf və dekolonizasiyaya nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 İyun 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see166

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see132

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri