Icma.az
close
up
RU
Dələduzla hakim arasında nə kimi əlaqə var? ŞİKAYƏT

Dələduzla hakim arasında nə kimi əlaqə var? ŞİKAYƏT

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin sakini Əsgərova Aygün Əlövsət qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Ali Məhkəmənin sədri İnam Kərimova müraciət edir:

"Hörmətli İnam Kərimov! 

Əvvəla bildirim ki, mən, Əsgərova Aygün Əlövsət qızı, bir qrup şəxs tərəfindən dələduzluqla üzləşmişəm. Bu şəbəkənin iç üzünü ortaya çıxarmaq üçün əlimdən gələni edirəm.

Evlənmək adı ilə mənim kimi digər xanımların da bədbaxt olmaqlarını, başıma açılan haqsızlığı onların da yaşamasını istəmirəm.

İşimə  hazırda Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılov baxır. O, çox haqsızlıq və ədalətsizlik edir. Bütün bu dediklərimi məhkəmə otağının kameralarını açdırsanız, özünüz də canlı şahidi olarsınız. Məhkəmə prosesi zamanı mənə və ailəmə qarşı təhdid və təhqirlər olunub. Hakimin mənə olan qərəzli münasibəti, kinli baxışları göz önündədir.

Hakim Eldar İsmayılov mənim vəkilimin heç bir vəsatətini qəbul etmir. Bir qrup dələduzu müdafiə edirlər. Qarşı tərəfin isə hər bir sözünə canla-başla qulaq asırlar. 
Mənim sadəcə istəyim bu qrup üzvlərinin hamısının cəza almasıdır. Canlı şahid mənəm. Ailə qurmaq adı ilə Məmmədzadə Rəşvin Balağa oğlu,   bacısı Məmmədzadə Bikə Balağa qızı və anası Məmmədzadə Dünya Yunis qızı tərəfindən aldadılmışam. Bununla əlaqədar sübutlarım var. Evimin satılmağına, qızıllarımın və əşyalarımın əlimdən alınmağına birbaşa səbəbkar Məmmədzadə Rəşvin Balağa oğlu, bacısı Məmmədzadə Bikə Balağa qızıdır.

Hörmətli İnam Kərimov! 

Mən Sizdən bir ana kimi xahiş edirəm. Məhkəmə çəkilişlərini izləyin, oradakı haqsızlığı özünüz gözünüzlə görün. Yalvarıram sizə. Mənim arxamda Allahdan başqa heç kəs yoxdur. Ümid yeri olaraq Sizə inanıram.

Hakim Eldar İsmayılovun prosesdə qərəzli davranışı heç düzgün deyil. Hansı səbəbdən dələduzu qoruyur? Qohumudur, yoxsa nəyidir? Bu məsələ məni şübhəyə salır. Dələduzla hakim Eldar İsmayılov arasında hansı münasibətlər var? 
Xahiş edirəm şikayətimi cavabsız qoymayın". 

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 May 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri