Dələduzların yeni tələsi: Bir foto ilə pulları oğurlayırlar Foto
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vatsapdan sizə göndərilən şəkillərə görə, bank hesabınızdakı bütün pullar oğurlana bilər.
Ölkə.Az xəbər verir ki, bu barədə məlumat təhlükəsizliyi üzrə mütəxəssis Aamalya Cəlilova danışıb. O bildirib ki, hansısa nömrədən gələn "filankəs xanım/bəy, baxın, şəkildəki sizsiniz? Çox qəşəng düşmüsünüz" və s. mesajlar aldadıcı ola bilər.
"Sizə göndərilən "şəkil"ə bir dəfə klikləməklə bütün məlumatlarınızı və pullarınızı itirə bilərsiniz. Tanımadığınız nömrədən göndərilən bu "şəkil" sizə adi gəlsə də, əslində, bu, APK formatında olan fayldır və siz ona kliklədiyinizdə qarşıdakı dələduz viruslu proqramı telefonunuza yükləyir və məlumatlarınıza icazəsiz giriş əldə edir. Ona görə də, tanımadığınız şəxslərin göndərdiyi belə fayllara qarşı diqqətli olun, heç bir halda klikləməyin", - deyə o əlavə edib.
Billurə Yunus

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 15 Yanvar 2025 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















